» » » Murad Ramazanov - Həyatdan 5 kadr


Şeçilmişlər Murad Ramazanov - Həyatdan 5 kadr

Murad Ramazanov - Həyatdan 5 kadr PDF
ADI:
Həyatdan 5 kadr
REYTİNQ:
  • +43
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2014
ÖLÇÜSÜ:
1.42 MB
Həyatdan beş kadr – beş fərqli taleyin acı formada həyatlarını sürməsi. Bir-birindən xəbərsiz olan bu kadrları birləşdirən əslində nədir? Uşaqlıqdan gələcəyə doğru beş fərqli taleh. Bir-bir gözün önünə gələn kadrlar. Peşmanlıq? Acı həyat? İntiqam hissi? Pul? Sevgi? Ölüm? Yoxsa ehtiras? Əslində isə...
Bu romanı yazan zaman sözsüz fərqli hisslər keçirmişdim. Hətta bəzi yerləri ixtisar etməyi belə düşündüm, sonradan isə bu fikrimdən vaz keçdim. Romanda fərqli janrlara toxunulub və yenidən psixologiyaya xüsusi yer verilib, bu səfər isə daha ağır formada. Ümid edirəm romanı həvəslə oxuyacaqsınız və sonda itirdiyiniz vaxta görə peşman olmayacaqsınız. Hazırda yeni bir roman üzərində işləməyə hazırlaşıram. Növbəti romanım trilogiya (üçlük) formasında olacaq. Yeni roman haqqında çox açıqlama verməyim, əsər gənc bir qızın azadlıq və arzularından bəhs edir. Çalışacam onu da tezliklə sizlərə təqdim edim. İndi isə məqam minnətdarlıq hissəsinə gəldi. Sözsüz ikinci romanımın yazılmasında minnətdar olduğum insanlar var. İlk növbədə ailəmə dərin təşəkkürümü bildirirəm. Atam hər zaman məni dəstəklədiyi üçün və hər qərarıma hörmətlə yanaşdığı üçün. Hər zaman yanımda olan anama minnətdaram. Qardaşıma, romana bəzi fikirləri əlavə etdiyi üçün və yorulmadan fikirlərimi dinlədiyi üçün minnətdaram. Yaxşı ki, varsınız! Dostlarıma hədsiz minnətdaram. İlk öncə Xatirə Pənahlıya sonsuz təşəkkürümü bildirirəm. Romanı redaktə edib səhvlərimi aydın formada düzəltdiyi üçün. Bir də romanda bəzi şeirlər var ki, onlar elə Xatirə xanıma aiddir. Həmin şeirlər üçün də ona minnətdaram. Var ol! Yaxın dostlarıma sonsuz təşəkkürümü bildirirəm. Azər Həsənova və Asif Səfxana. Hər zaman mənimlə olub dəstəklərini əsirgəmədikləri üçün minnətdaram. Var olun, uşaqlar! Adının yazılmasını istəmədiyi anonim birinə, həmçinin təşəkkürümü bildirirəm. Qısaca, sən olmasaydın bu iş alınmazdı! Universitetimizin psixoloqu Hüseyn müəllimə sonsuz minnətdarlığımı bildirirəm. Psixologiya sahəsində məni məlumatlandırdığı üçün sağ olsun. Romanda həmçinin Ramiz Rövşənin də bir sıra şeirlərindən istifadə olunub. Və əlbəttə ki, “Qanun nəşrlər evi”nin mehriban kollektivinə minnətdaram. Və ən sonda hər bir oxucuya, yəni SƏNƏ minnətdarlığımı bildirirəm. Təşəkkürlər, əziz dostlar!
Alınsa gələn kitabda görüşənədək 
Hörmətlə, Murad Ramazanov