KitabYurdu » Kitab » Riyaziyyat » Ali riyaziyyat


Şeçilmişlər Ali riyaziyyat

Ali riyaziyyat PDF
ADI:
Ali riyaziyyat
REYTİNQ:
  • +4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
8.5 mb

Müasir dövrdə tədrisin dünya standartlarına uyğun olaraq qu­rul­­ma­sı, tədris prosesində tələbələrin bilik səviyyəsinin inkişafı və yox­­la­nılması yeni dərsliklərin və dərs vəsaitlərinin hazırlanması zə­­ru­ri­li­yi­ni ön plana çəkir. Eyni zamanda texniki universitetlərdə di­gər elm­lərlə yanaşı fundamental elm kimi ali riyaziyyatın tam kur­sunun təd­risi bu sahəyə uyğun dərs vəsaitlərinin dətərtib edil­mə­sinə əsas ve­rir. Bu məqsədlə ali texniki universitetlərin tədris proq­ramları əsa­sında tərtib olunmuş «Ali riyaziyyat» (I hissə) dərs və­saiti üç böl­məni əhatə edən on beş fəsildən ibarətdir. 

I fəsildə determinantlar və xətti tənliklər sistemi, II fəsildə koor­­­di­nat sistemləri və analitik həndəsənin sadə məsələləri, III fə­sil­­də vek­tor­lar cəbri, IV fəsildə müstəvi üzərində düz xətt tən­­lik­lə­ri, fəzada düz xətt və müs­tə­vi tənlikləri, V fəsildə ikitərtibli əyrilər və səthlər, VI fəsildə kə­miy­yət, ədəd, dəyişən və funksiya, VII fə­sil­­də kompleks ədədlər, VIII fə­sildə limitlər nəzəriyyəsi və kə­sil­məz­­lik, IX fəsildə birdəyişənli funk­si­yaların diferensial hesabı, X fə­­sildə diferensial hesabının teo­rem­lə­ri, XI fəsildə törəmənin tət­biq­ləri, XII fəsildə çoxdəyişənli funk­siya­la­rın diferensial hesabı, XIII fəsildə diferensial hesabının həndəsəyə tət­biqi, XIV fəsildə qey­ri-müəyyən inteqral, XV fəsildə müəyyən in­teq­ral və onun tət­biq­ləri verilmişdir.

Kitabda təriflər, teoremlər, qaydalar səlis şərh edilmiş, müəy­yən an­layışların fiziki mənası ilə yanaşı, həndəsi izahı da əyani ola­­raq şə­killərlə verilmişdir. Bütün fəsillərin sonunda çalışmaların həl­li gös­tərilmişdir ki, bu da kitabı sərbəst öyrənməyə imkan ya­ra­dır.

Ali riyaziyyat dərs vəsaitinə ehtiyac varmı?