» » Əli Həsənov - Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti


Şeçilmişlər Əli Həsənov - Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti

Əli Həsənov - Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti PDF
ADI:
Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti
REYTİNQ:
  • +2
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
1.48 Mb
Monoqrafiyada dünyanın aparıcı ölkələrinin Xəzər hövzəsi və Cənubi Qafqazda nümayiş etdirdiyi geoiqtisadi maraqlar və yürütdükləri geosiyasət fonunda Azərbaycan Respublikasının indiki və gələcək iqtisadi inkişaf məsə- lələri araşdırılır, milli mənafelərinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsasları şərh edilir, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması sahəsindəki rolu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması, təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələlərdə dünyanın və regionun əsas güc mərkəzləri ilə geoiqtisadi münasibətləri tədqiq olunur. Kitabda, həmçinin Azərbaycan dövlətinin regionda və dünyada nümayiş etdirdiyi geosiyasi və geoiqtisadi fəaliyyət, regionun, Avropanın və transmilli dünyanın enerji, tranzit-keçid, beynəlxalq daşıma, nəqliyyat-kommunikasiya sistemindəki iştirakı kimi məsələlər təhlil edilir, Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələrinin gələcək milli maraqlarını təhdid edən qlobal geoiqtisadi proseslər şərh olunur. Kitab Xəzər-Qara dəniz hövzəsi ölkələri və Cənubi Qafqazın geoiqtisadi məsələləri, o cümlədən Azərbaycanın yeni neft siyasəti ilə maraqlanan ictimaisiyasi xadimlər, millət vəkilləri, dövlət qulluqçuları, xarici siyasət, geoiqtisadi planlama sahəsində çalışan mütəxəssislər və ən geniş intellektual oxucu təbəqəsi – milli elita üçün nəzərdə tutulmuşdur.
Dünyanın inkişaf etmiş iqtisadi və siyasi sistemləri ilə fəal tərəfdaşlıq kursu seçmiş Azərbaycan Respublikasının qazandığı mühüm nailiyyətlərin əsasında, ilk növbədə təməli 1994- cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin mü- qaviləsi” ilə qoyulmuş yeni neft strategiyası dayanır. Özündə Azərbaycanın müstəqil dövlət maraqlarını, beynəlxalq və regional tərəfdaşlıq normalarını, regionun ümumi geoiqtisadi mənafelərini, qarşılıqlı-faydalı əməkdaşlıq və s. prinsipləri əks etdirən bu strategiya 2004-cü ildən bu yana Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif inkişaf mərhələlərindən keç- miş, təkmilləşdirilmiş və dönmədən həyata keçirilərək ölkənin davamlı inkişafını təmin etmişdir. Oxucuların diqqətinə təqdim olunan bu kitabda ümumi formada Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional geoiqtisadi münasibətlər sisteminin xarakterik xüsusiyyətləri və Azərbaycan Respublikasının bu sistemdəki iştirakı məsələləri təhlil edilir. Azərbaycan Respublikası üçüncü minillikdə Avropa və dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynamışdır. Onun yürütdüyü yeni neft siyasətinin nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi” adlanan transmilli neft kontraktları imzalanmış, bunun ardınca Bakı-TbilisiCeyhan, Bakı-Tbilisi-Ərzurum və s. transmilli neft-qaz kəmərləri çəkilmiş, Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilmiş, Xəzər dənizinin zəngin təbii qaz ehtiyatlarının dünya bazarlarına ixracını həyata keçirəcək Şahdəniz 2 layihəsinə start verilmiş, TANAP və TAP kimi yeni kəmərlərin inşası gündəmə gəlmiş- dir. Bütün bu nəhəng transmilli layihələr keçən müddətdə, həm Azərbaycanın məxsusi enerji təhlükəsizliyini təmin etmiş, həm mövcud sahədə onu Avropa ölkələrinin əsas tərəfdaşına çevirmişdir.