» » » Menecment


Şeçilmişlər Menecment

Menecment PDF
ADI:
Menecment
REYTİNQ:
  • +3
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
3.25 Mb
Kitab menecmentin əsaslanna həsr olunmuş və ali məktəblərdə tədris olunan "Menecment" kursunun dövlət proqramına uyğun yazılmışdır. Kitab ali məktəb tələbələri, sahibkarlar, təsəiTüfat rəhbərləri və idarəetmə sahəsində çalışan mütəxəssislər və idarəetmə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycan vətəndaşlarının ümummilli lideri cənab H.Əliyevin həyata keçirdiyi məqsədyönlü və tarazlaşdırılmış daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı günü-gündən sürətlə inkişaf edir. Bu, direktiv planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçmiş ölkəmizdə liberal bazar qanunlarının ardıcıl və düşünülmüş tətbiqi sayəsində mümkün olmuşdur. Bazar iqtisadiyyatı şəraitində ölkənin həm istehsal, həm də qeyri-istehsal sahələrinin inkişafı və səmərəli fəaliyyət göstərməsi başqa bərabər şərtlər daxilində idarəetmə fəaliyyətindən də çox asılıdır. Bazarın tələb və təklifindən, istehsaldaxili və beynəlxalq əlaqələrin genişlənib daha da mürəkkəbləşməsindən asılı olaraq, səmərəli idarəetmə qərarları qəbul edilməsi sənaye firmalarının inkişafının başlıca amilidir. Dəyişən şəraitdən, istehsalın miqyasından, yeni texnika və texnologiyanın tətbiqindən asılı olaraq idarəetmə sistemi daim təkmilləşir. Bu yalnız idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsini deyil, yeni idarəetmə üsullarının yaradılmasını, idarəetmənin prinsipləri, funksiyaları, metodlarının qarşılıqlı əlaqəli şəkildə istehsalın idarə edilməsinə düzgün tətbiqini nəzərdə tutur. Bu deyilənlər bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. Ona görə də liberal iqtisadiyyata keçid dövründə idarəetmənin yenidən qurulmasının üstün istiqamətlərindən biri menecmentin istehsalın idarə edilməsi təcrübəsinə tətbiqidir. Bu, ölkəmizdə keçirilən köklü iqtisadi islahatlar, mülkiyyət formasının dəyişməsi, müəssisələrin mənfəətinin bölgüsü qaydasının yeniləşməsi, qiymətin, xarici iqtisadi fəaliyyətin liberallaşdırılması və digər amillərlə əlaqədardır. Belə bir şəraitdə menecmentin iqtisadi mexanizminin hüquqi tənzimlənməsi, metodları, funksiyaları, prinsipləri, texnologiyası barədə zəruri bilik, bacarıq və vərdişə malik təsərrüfat rəhbərlərinin hazırlanması birinci dərəcəli əhəmiyyət kəsb edən məsələyə çevrilir. Bazar iqtisadiyyatı planlı təsərrüfata nisbətən idarəetmə qərarları qəbul edən rəhbərlərdən daha yüksək bilik və bacarıq tələb edir. Belə tələb strateji qərarlar qəbul edən mütəxəssislərə qarşı daha yüksək olur. Çünki bazarın tələbatına cavab verən, istehlakçıları özünə daha geniş cəlb edən, yeni texniki-iqtisadi xüsusiyyətlərə malik orijinal əmtəələrin istehsalı səmərəli strategiyanın işlənilməsi və tətbiqini tələb edir ki, bu da firmanın ali rəhbərliyinin funksiyasına daxildir. Bu keyfiyyətlər də yalnız o idarəedicilərdə olur ki, onlar idarəetmənin metod və funksiyaları, onun iqtisadi mexanizmi, yenilikçilik barədə zəruri biliklərə malik olsunlar, birgə əməyin motivasiyasını lazımi səviyyədə təşkil edə bilsinlər. Bütün bunlarla əlaqədar olaraq hesab edirik ki, yüksək ixtisaslı menecerlər hazırlamaq sahəsində bu kitab səmərəli dərslik kimi istifadə oluna bilər. Ümumiyyətlə menecment sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində tətbiq olunmağa başlamışdır. Kitabda menecmentin təşkilati-hüquqi əsasları, mahiyyəti, məqsəd və vəzifələri, menecer və onun funksiyaları, menecmentin əhəmiyyəti və prinsipləri məsələlərinə geniş yer verilmiş və ətraflı şərh edilmişdir. İdarəetmənin metodları və funksiyaları təhlil edilmiş, onlardan düzgün istifadə olunmasının istehsalın səmərəliliyi və əmək məhsuldarlığının yüksəldilməsində əhəmiyyəti göstərilmişdir. İdarəetmənin təşkilati-sərəncam, iqtisadi, sosial-psixoloji metodları, qiymət siyasəti və onun məqsədləri, idarəetmənin marketinq, nəzarət, planlaşdırma, təşkil, motivasiya, tənzimləmə kimi funksiyaları geniş təhlil olunmuşdur. Firmaların təsnifatına, onların yaradılması və fəaliyyət göstərməsinin hüquqi tənzimlənməsinə, iri və kiçik firmalarda idarəetmənin təşkili məsələlərinə xüsusi diqqət yetirilmiş və cari Strateji məqsədlərin seçilməsi, idarəetmədə qərar qəbulu prosesi, strateji idarəetmə və strateji planlaşdırma məsələləri də geniş şərh edilmişdir. Müasir idarəetmə sistemində iqtisadi-riyazi metodların mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, kitabda bu məsələyə ayrıca fəsil həsr edilmişdir. Kitabda sahibkarlıq fəaliyyəti, onun məqsəd və vəzifələri, sahibkarlıq mühiti, səhmdar cəmiyyətinin yaradılması, əhəmiyyəti və idarə edilməsi xüsusiyyətləri də öz əksini tapmışdır. İstehsalın inkişafının idarə edilməsinin təşkilati quruluşu fəslində hazırda ümumi və fırmadaxili idarəetmədə istifadə olunan bütün mümkün quruluşlar təhlil olunmuş, onlardan hər birinin konkret şəraitdən asılı olaraq müsbət və mənfi cəhətləri göstərilmiş, idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi yolları şərh edilmişdir. İşçi heyətinin əməyinin, məhsulun keyfiyyətinin, elmi-texniki tərəqqinin, bələdiyyələrin idarə olunması, müəssisənin sağ- lamlaşdırılması, müflisləşməsi və iflası, idarəetmənin hüquqi əsasları məsələləri də kitabda öz əksini tapmışdır. Bunlardan əlavə dərslikdə istehsal rəhbərinin işinin təşkili, menecmentdə kommunikasiya, kollektivdə münaqişələr, qrup dinamikası, istehsal kollektivinin idarəedilməsinin sosial problemləri məsələləri də geniş təhlil olunmuşdur. Kitab ali məktəb tələbələri, sahibkarlar, təsərrüfat rəhbərləri və idarəetmə sahəsində çalışan mütəxəssislər və idarəetmə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.