» » » Sığorta hamı üçün


Şeçilmişlər Sığorta hamı üçün

Sığorta hamı üçün PDF
ADI:
Sığorta hamı üçün
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
558 Kb
Bu kitabda sığortanın mahiyyəti və əhəmiyyəti, sığortanın cəmiyyətdə rolu, sığorta haqqında qısa tarixi məlumat, Azərbaycanda sığortanın inkişafı və s. məsələlər öz əksini tapmışdır. Kitabdan mütəxəssislər, eyni zamanda sığorta işi ilə maraqlanan hər bir şəxs istifadə edə bilər.
İnsanlar özlərinin, eləcədə öz mal və mülkiyyətinin daim təhlükələrlə üz-üzə olduğunu nəzərə alaraq, maddi və iqtisadi maraqlarını müdafiə etmək üçün sığorta adlanan universal bir vasitə yaratmışlar. Araşdırmalar nəticəsində məlum olur ki, sığortanın əsası insanların şəxsi mülkiyyətinin yaranmasından irəli gəlir. Təbiətdə baş verən qasırğalar, sellər, yanğınlar, habelə qəzalar, oğurluqlar və sair təhlükələr hər bir mülkiyyətçini və istehsalçını daim öz maddi maraqlarının qorunmasına görə narahat etmişdir. Müşahidələr göstərirdi ki, təsadüfi hadisələrdən ziyan çəkmiş obyektlərin sayı həmin tipli obyektlərin ümumi sayından az olur. Bu ideya əsasında əmlak sahiblərinin arasında zərərin ödənilməsi bölgü yolu ilə həyata keçirilir. Elə o vaxtdan əsrlər boyu sığortanın mahiyyəti dəyişməz qalır. Bu, zərərin birgə qapalı bölünməsidir. Sığorta ən qədim ictimai münasibətlərin kateqoriyalarından biridir.
Orta əsrlərdə sığorta inkişaf etmiş və bir inistitut kimi formalaşmışdır. Bazar iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələrdə sığortasız heç bir kommersiya sazişi bağlanmır, heç bir müəssisə fəaliyyət göstərmir. Həmin ölkələrdə hər bir insan əmlakı, həyatı, sağlamlığı ilə əlaqədar sığorta şəhadətnaməsinə malikdir. Bu gün bizim ölkəmizdə də sığorta müdafiəsinə tələbat artmaqdadır. Sığortaya elmi baxışların formasından asılı olmayaraq ən vacibi odur ki, sığorta olunan və ya fayda götürən sığorta ödənişi, yəni maliyyə müdafiəsini almaq imkanı əldə edir. Sığorta şəhadətnaməsi sığorta olunanın həyatından heç bir təhlükəni istisna edə bilməz, ancaq onların nəticələrini aradan qaldıra və nəticəsindən sizi qoruya bilər. Sığorta, sadə şəkildə desək, dəymiş zərərlərin əvəzinin ödənilməsi ilə bağlı olub, sığorta olunanların əmlak maraqlarının qorunması vasitəsidir.