KitabYurdu » Kitab » İnformasiya Texnologiyaları » HTML-in əsasları kursu


Şeçilmişlər HTML-in əsasları kursu

HTML-in əsasları  kursu PDF
ADI:
HTML-in əsasları kursu
REYTİNQ:
  • +46
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
543 Kb

Bu Azərbaycan dilində "HTML-in əsasları" kursu üzrə hazırlanmış ilk vəsaitlərdən (bəlkə də yeganə) biridir.

Bu vəsaiti hazırlayarkən çoxlu sayda mənbələrdən istifadə olunmuşdur. Bu vəsait adı çəkilən kursa baxışlardan biridir və burada düzgün olmayan fikirlər, terminlər ola bilər.

Vəsait gələcəkdə təkmilləşdiriləcək. Ona görə təkliflərinizi və qeydlərinizi aşagıdakı ünvana göndərsəniz çox məmnun olarıq.

HTML – in əsasları haqqında qısa məlumat

Salam. Mənim adım Cırtdandır və mən Sizi Web Page (Web səhifə) yaratmağın əsasları ilə tanış edəcəyəm. Sizə xatırladıram ki, bu işdə istəmək və istəyi həyata keçirmək üçün əzm göstərmək lazımdır.

Siz bunun sadədən də sadə olduğuna əmin olduqdan sonra sevinəcəksiniz. Əsas ideya bundan ibarətdir – Web Page sadəcə mətn fayldır, özü də HTML faylıdır. Dəqiq olmalıdır. Bu ona görə HTML adlanır ki, Web Page sənədləri olan faylların tipi .html və ya .htm olur. HTMLHyperTextMark-upLanguage (Hiperaktiv Mətn Marker Dili) sözünün abbreviaturudur. Bu dil çox sadədir, Onun brauzer tərəfindən kompilə edilən kodu ASCII formatda yazılmış mətndən ibarətdir. Müracıətlər, siyahılar, başlıqlar, şəkillər və formalar HTML dilinin elementləri adlanır.

Hipermətn sənədi

Hipermətn sənədi deyəndə digər sənədlərə müraciət olan sənəd başa düşülür. Bütün bunlar hipermətni ötürən HTTP(HyperTextTransferProtocol) protokolu vasitəsilə həyata keçirilir. Web sənədlərdəki informasiyanı onun daxilindəki sözə görə axtarıb tapmaq olar. Bu o deməkdir ki, hər bir Web brauzeri müəyyən müraciətlərə malikdir. Hipermüraciət adlanan bu müraciətlər milyonlarla Internet istifadəçisinə bütün dünyada mövcud olan informasiyanı axtarmağa imkan verir.

Hipermətn dili məlumatı yalnız oxumaq imkanı verir. Bu o deməkdir ki, Web-səhifədə dəyişikliyi adi Şəbəkə istifadəçisi yox, yalnız onu yaradan şəxs apara bilər.

Qonaq Hüseyn

Salam Çox Təşəkkür Edirəm Həqiqətən HTML öyrendim demek olar çox az qaldı :) Təşəkkürlər :)

  • 4 sentyabr 2023 15:38
  • Status: