KitabYurdu » Kitab » Tarix » Zəminə Xınalı Artilleriyanın Allahı


Şeçilmişlər Zəminə Xınalı Artilleriyanın Allahı

Zəminə Xınalı Artilleriyanın Allahı PDF
ADI:
Artilleriyanın Allahı
REYTİNQ:
  • +11
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
546 Kb
Əməkdar Mədəniyyət işçisi Zəminə Xınalının “Artileriyanın Allahı” poeması tarixi-vətənpərvərlik mövzusunda qələmə aldığı maraqlı əsərlərindən biridir. Poema elə bir böyük şəxsiyyətə həsr olunmuşdur ki, onun haqqqında gərək indiyə qədər cild-cild kitablar yazılmış olaydı...Ancaq dahi hərb xadiminin özünün taleyi, yaxud yaşadığı ziddiyyətli dövrlər imkan verməmişdir ki, ”Artilleriya Allahı” milli –ictimai fikirdə layiqincə qiymətləndirilsin. Bununla belə dünya hərb tarixində Əliağa Şıxlınski adı ehtiramla çəkilir... Və həmin şöhrətli ad çəkiləndə yada ilk növbədə artıq modelləşmiş ifadələr düşür :”Port-Artur” ,“Şıxlinski üçbucağı” ,”Şıxlinski formulu”... Poemanın əsas uğuru ondadır ki, müəllif özünün və millətinin qəhrəmanını bütün tərcümeyi-halı ilə təqdim etməyə, tale və həyat detallarını verməyə çalışır... Və təfsilata varmaqla qəhrəmanın obrazını, tam miqyası, genişliyi ilə yaradır...
Əliağa Şıxlinskinin doğulub boya –başa çatdığı Qazax mahalının vətənpərvər təbiəti,ziyalı ən məşhur qohumlarinin gənc istedada arxa durması, Əliağanın zəhmətkeşliyi, ona göstərilən etimadı inamla( və qeyri-adi intellektlə) doğrultması,hərbi məktəbi qurtardıqdan sonra İmperiya ordusunda uğurla qulluq etməsi, artilleriya sahəsində virtioz bir mütəxəssis olması...nəhayət Port –Arturdakı qəhrəmanlığı axıcı bir poetik təkhiyə ilə təqdim olunur. Zəminə Xınalı “Artilleriya Allahı”nı, “PortArtur qəhrəmanı”nı yalnız müqtədir hərbçi kimi yox, həm də humanist, təvazökar, ziyalı şəxsiyyət olaraq da göstərir. Onun dədə- babalardan gələn milli xarakterini, mənliyini mənəviyyatını konkret detallarla təsvir edir. Generalın doğulduğu yurda bağlılığı, həyat yoldaşı Nigar xanıma sevgisi, ehtiramı, müstəqil Azərbaycana həm praktik hərbçi, həm hərbçi-pedaqoq, həm də ümumən milli ziyalı olaraq xidməti barəsində bəhs edərək müəllif, tamamilə təbii olaraq “daha cox informasiya”dan” “daha cox emosiyaya keçir... Halbuki çinlilərlə, yaponlarla olan döyüş səhnələri təsvir olunarkən Zəminə Xınalının hərbçiliyi şairliyini az qalır ki, üstələsin. Və bu cür məqamlarda poemanın fakturasında coxlu tarixi,eləcə də hərbi-texnoloji məlumatların verilməsi və əsərin mövzusu ilə yanaşı, müəllifin hərbi işi yaxşı bilməsindən irəli gəlir.Savaşdan, döyüşdən, oddan- alovdan keşən Əliağa Şixlinskinin ömür yolunu dönə-dönə varaqlayan şairə onun hərtərəfli bədii obrazını yaradır.