KitabYurdu » Kitab » İqtisadiyyat » Biznesin Təhükəsizliyi


Şeçilmişlər Biznesin Təhükəsizliyi

Biznesin Təhükəsizliyi PDF
ADI:
Biznesin Təhükəsizliyi
REYTİNQ:
  • +9
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
1.52 Mb
Biznes fəaliyyətində biznesin təşkili və idarəedilməsi kimi vacib məsələlərdən biri də biznesin təhlükəsizliyinin təmin olunmasıdır. Biznesin təhlükəsizliyinin təmin olunması isə olduqca mürəkkəb və çətin bir proses olmaqla bərabər, həm də yarana biləcək təhlükələrin müxtəlif, qeyri – müəyyən, bəzən də qarşısının alınması mümkün olmayan proseslərdir. Buna görə də biznesin təhlükəsizliyinin təşkili zamanı ən vacib şərt təhlükələrin mənbəyinin və səbəblərinin müəyyənləşdirilməsidir. Təhlükələrin mənbəyi və yaranma səbəbləri müəyyən edildikdən sonra bu təhlükələrin qarşısının alınması istiqamətində bəzi tədbirlərin görülməsi və ya bu təhlükələrdən qismən yayınmaqda mümkündür. Onu da qeyd etmək lazımdır ki, biznesin təhlükəsizliyinin tamamilə təmin olunması mümkün deyil. Çünki təbiətdə və cəmiyyətdə elə hadisələr və təhlükələr mövcuddur ki, onların qarşısının alınması nəinki bir sahibkarın, biznesmenin, hətta dövlətin, yaxud bəşəriyyətin iqtidarında deyil. Belə təhlükələrə son vaxtlar daha tez – tez baş verən zəlzələləri, sunamiləri, daşqınları və s. kimi təbii hadisələri misal göstərmək olar. Lakin biznesin idarə olunmasında elə təhlükələr və elə hadisələr var ki , onları proqnozlaşdırmaq, qarşısını almaq və yaxud bu təhlükələrdən ümumiyyətlə yayınmaq mümkündür. Bu kitabda sizə biznesin təhlükəsizliyinin təmin edilmə istiqamətində yuxarıda qeyd olunan təhlükələrin formaları , onların yaranma səbəbləri, aradan qaldırılması yolları, bu təhlükələrdən yayınmağın üsulları , təhlükələrin 3 proqnozlaşdırılması, risklərin idarə edilməsi və s. məsələlər barədə geniş məlumat veriləcəkdir.