» » » Qiymətin əmələ gəlməsi


Şeçilmişlər Qiymətin əmələ gəlməsi

Qiymətin əmələ gəlməsi PDF
ADI:
Qiymətin əmələ gəlməsi
REYTİNQ:
  • +3
DİL:
FORMAT:
ÇAP İLİ:
2015
ÖLÇÜSÜ:
1.11 Mb
Dərslikdə qiymətin əmələ gəlməsinin nəzəri əsasları, qiymət növləri arasında qarşılıqlı əlaqə və nisbətlər, eləcə də onların formalaşması qanunauyğunluqları və dinamikasını şərtləndirən amillər geniş şərh olunmuşdur. Burada təsərrüfat subyektinin bazar mövqeyindən asılı olaraq qiymət strategiyasının və taktikasının işlənilməsinə, qiymət dəyişikliklərinə alıcı reaksiyasının tədqiqinə xüsusi yer verilmişdir. Bundan əlavə dərslikdə istchlak mallarına, istehsal-texniki təyinatlara məhsullara və xidmətlərə qiymətlərin (tariflərin) müəyyən edilməsi və tənzimlənməsi məsələləri də öz əksini tapmışdır. Dərslikdə nəqliyyat xidmətləri tariflərinə daha geniş yer verilməsi bu xidmqtlbrin sosial-iqtisadi əhəmiyyətliliyi ilə izah oluna bilər. Dərslik iqtisad profilli ali və orta ixtisas müəssisələrinin tələbələri, magistrantlar və elmi-pedaqoji işçilər ücün nəzərdə tutulmuşdur.
İstənilən ölkənin iqtisadi inkişafmın təmin olunmasında, əhalinin həyal səviyyəsinin yaxşılaşdırılmasında, dünya bazarında mövqeyin möhkəmləndirilməsində qiymətlər xüsusi təsir gücünə və əhəmiyyətə malik olan iqtisadi tənzimləyicilərdən biridir. Onlardan istifadə olunmaqla həll edilən vəzifələr əksər ölkələr üçün ümumi olsa da iqtisadiyyatın inkişaf mərhələsindən asılı olaraq dəyişirlər. Ümumi şəkildə həmin məsələləri aşağıdakı kimi qruplaşdırmaq olar; məhsulun istehsalına və reallaşdırılmasma çəkilən xərclərin ödənilməsi, geniş təkrar istehsalın təşkili üçün mənfəətin təmin olunması; məhsulun keyfiyyət parametrlərinin və qarşılıqlı əvəzolunma dərəcəsinin uçotu; sosial məsələlərin həlli (sosial qiymət siyasətinin həyata keçirilməsi); ekoloji siyasətin reallaşdırılması; xarici iqtisadi siyasətlə bağlı məsələlərin həll olunması, iqtisadi, sosial, siyasi və ekoloji problemlərin, eləcə də elmi- texniki tərəqqinin stimullaşdınlmasının ümummilli maraq kəsb edən məsələlər olmasını nəzərə alaraq qiymətlərin bazarın və dövlətin əhəmiy>’ətli tənzimləyicilərindən olması şübhə doğurmur. Qeyd olunan məsələlərin uğurlu həllində qiymətlərdən istifadə tarixən formalaşmış və müasir elmi konsepsiyalara, metodoloji bazaya və qabaqsıl təcrübəyə əsaslanır. Azərbaycanda da iqtisadi və sosial inkişafın ən mühüm məsələlərindən biri olan qiymət mexanizminin təkmilləşdirilməsi günün ən mühüm məsələlərindən biridir.
Bazar iqtisadiyyatı şəraitində qiymətəməlogəlmə mexanizmi qiymətlər və onların dinamikası vasitəsilə özünü büruzə verir. Məlum olduğu kimi qiymət ölkədə iqtisadi-sosial inkişafı sürətləndirməyin, məhsuldar qüvvələrin dinamik və kompleks inkişafının təmin edilməsində xüsusi rolu olan iqtisadi mexanizmdir. Qiymətdə cəmiyyətin inkişafının əsas siyasi, iqtisadi və sosial problemləri cəmləşir. Bazar münasibətlərinin formalaşmasında nailiyyətlər qiymətin yeni mexanizmi və onun dövlət tənzimlənməsi məsələlərindən asılıdır. Qiymətin tənzimlənməsi mexanizmi olmadan inkişaf etmiş bazar iqtisadiyyatı yaratmaq mümkün deyildir. Dərslikdə qiymətin əmələ gəlməsinin nəzəri-metodoloji məsələləri, ora təsir edən amillər, bazar şəraitində qiymətin foiTnalaşması xüsusiyyətləri, tələb və təklifin qarşılıqlı əlaqələri, onun bazar qiymətinə təsiri, qiymətin tənzimlənməsi məsələləri geniş şərh olunmuşdur. Dərslikdə iqtisadiyyatın müxtəlif sahələrində qiymətlərin əmələ gəlməsi xüsusiyyətləri araşdırılmış və onlara təsir mexanizmi verilmişdir. Bundan əlavə nəqliyyat-ekspedisiya gəlirlərinin formalaşdınimasında qiymət sisteminə xüsusi diqqət verilmişdir. Bu sahədə müxtəlif nəqliyyat tariflərinin formalaşması xüsusiyyətləri geniş araşdırılmışdır. Ümumiyyətlə, «Qiymətin əmələ gəlməsi» fənninin müasir tələblərə cavab verən yüksək ixtisaslı iqtisadçı kadr hazırlığında geniş şəkildə öyrənilməsinə böyük ehtiyac vardır. Qiymətqoyma probleminin çətinliyini nəzərə alaraq bu kursun öyrənilməsi zəruridir.