» » » QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİNİN QANUNVERİCİLİK TƏMİNATI


Şeçilmişlər QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİNİN QANUNVERİCİLİK TƏMİNATI

QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİNİN QANUNVERİCİLİK TƏMİNATI PDF
ADI:
QİYMƏTLƏNDİRMƏ FƏALİYYƏTİNİN QANUNVERİCİLİK TƏMİNATI
REYTİNQ:
  • +6
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2003
ÖLÇÜSÜ:
978 KB
Topluda normativ hüquqi aktlar onların hüquqi qüvvəsi nəzərə alınmaqla qruplaşdırılmışdır. Birinci bölmədə Azərbaycan Respublikasının qanunları, ikinci bölmədə Azərbaycan Respub-likası Prezidentinin fərman və sərəncamları, üçüncü bölmədə Na-zirlər Kabinetinin qərarları, dördüncü bölmədə isə mərkəzi icra hakimiyyəti orqanlarının və Milli Bankın normativ xarakterli aktları verilmişdir.
Əlbəttə bu bölgü şərti xarakter daşıyır. Qeyd olunan hüquqi aktlar qiymətləndirmə fəaliyyətinin vahid hüquqi bazasını təşkil etməklə yanaşı, həm də onlardan istifadə imkanlarının açıqlanması məqsədinə xidmət etmişdir. Toplu hazırlanarkən hər bir qanunvericilik aktı (dəyişikliklər və əlavələr nəzərə alınmaqla) qüvvədə olan redaksiyada verilmişdir.
Bunlarla yanaşı müstəqilliyə görə çox gənc olan Azərbaycan Respublikasında qanunvericiliklə bağlı olan hər hansı sənədin son dərəcə bitkin olmasına təminat vermək düzgün olmazdı. Bu qanunvericiliyin təbiəti ilə bağlı bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır. Hər şeydən əvvəl, yuxarıda qeyd etdiyimiz kimi yaşadığımız yeni sistemdə qiymətləndirmə fəaliyyətinin meydana çıxmasının tarixi olduqca yenidir. Həm də qanunvericiliyin özünün dialektikası daimi təkmilləşmənin aparılmasını tələb edir.
Əvvəla, inkişafda olan bir sıra yeniləşmələr qanunvericilikdə də öz əksini tapmalıdır. İkincisi, qiymətləndirmə fəaliyyətinin nor-mativ hüquqi bazasının özünü hələ mükəmməl saymaq mümkün deyildir. Belə ki, qiymətləndirmə fəaliyyətinin xüsusi razılıq (li-senziya) tələb olunan fəaliyyət növlərinə aid edilməməsi, bu sa-hədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyacı daha da ar-tırır. Üçüncüsü, qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunverici-liyin icra mexanizmi tam formalaşmamış və qiymətləndirmə fəaliyyətinin mühüm aləti olan milli standartlar işlənib hazırlansa da hələlik tam istifadəyə verilməmişdir. Bütün bunlara baxmayaraq, hesab edirik ki, toplu qiymətləndiricilər, qiymətləndirmə xidmətindən istifadə edənlər, iş adamları, sahibkarlar, əlaqədar döv-lət qurumlarının nümayəndələri, bu sahə ilə maraqlanan alim və mütəxəssislər, habelə tələbə və aspirantlar üçün də faydalı olacaqdır.