KitabYurdu » Kitab » Ədəbiyyat » İsmayıl Şıxlı Ölən Dünyam


Şeçilmişlər İsmayıl Şıxlı Ölən Dünyam

İsmayıl Şıxlı Ölən Dünyam PDF
ADI:
Ölən Dünyam
REYTİNQ:
  • +93
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.01 MB
Mən "Dəli Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta əsərin adını da oxuculara çatdırdım. "Qanlı təpə" adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin ("Dünya qopur", "Dumanlı Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo") təkrarından başqa bir şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.
Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qadağaların götürülməsi, baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı məni əsər üzərində yenidən işləməyə sövq etdi və mən yeni roman üzərində işləməyi qərara aldım. Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı "Ölən dünyam" adlandırdım. Lakin xəstəlik, yazıçı üçün əsas olan gözün görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə edim və həyat yoldaşım Ymidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ymidə Şıxlıya
öz təşəkkürümü bildirirəm.