«Fikir bucağı» layihəsi 2022-ci ildə Ədəbiyyat qəzetində yayımlanmışdır. Layihədə müasir ədəbi mühitin tanınmış imzalarının müsahibələri yer alıb. Layihənin müəllifi araşdırmaçı jurnalist Tural Cəfərlidir.
Qan Turalı: «Bu gün kütləni razı salmaq asan məsələ deyil…»
«Fikir bucağı» layihəsində Azərbaycan ədəbi mühitinin tanınmış imzaları ilə həmsöhbət olub, müxtəlif mövzularda müzakirələr aparmağı düşünürük. Bu layihədə ədəbiyyat, kino, fəlsəfə, tarix və s. mövzularda oxucuları maraqlandıran suallar cavablandırılacaq. Layihənin ilk qonağı yazıçı Qan Turalıdır.