» » Nəriman Nərimanov - Tibb və İslam


Şeçilmişlər Nəriman Nərimanov - Tibb və İslam

Nəriman Nərimanov - Tibb və İslam PDF
ADI:
Tibb və İslam
REYTİNQ:
  • +1
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019 (1910)
ÖLÇÜSÜ:
2.28 MB
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun zəngin irsi, xüsusilə bədii yaradıcılığı geniş oxucu kütləsinə yaxşı tanışdır. Lakin çoxlarına məlum deyil ki, o, bir sıra elmi-publisistik kitabların, o cümlədən Azərbaycanda tibb elminin təməlini qoymağa kömək edən elmi əsərlərin də müəllifidir. Odur ki, zamanında böyük maraqla qarşılanan həmin əsərlərdən birini – “Tibb və İslam”ı yenidən nəşr etməyi lazım bildik.
XX əsrin əvvəllərində Rusiya imperiyası tərkibində yaşayan 30 milyondan çox müsəlman əhali arasında sayı barmaqla sayılacaq qədər az olan həkimlərdən biri də Nəriman Nərimanov idi. Müəllim, yazıçı-tərcüməçi, publisist-tənqidçi, diplomat, ictimai-siyasi xadim olaraq tanınan N.Nərimanov fədakar həkim kimi də xalqının sağlamlığı keşiyində durmuş, sanitariya tədbirlərinin həyata keçirilməsinə, tibbi mövzuda mühazirələrin oxunmasına böyük önəm vermişdir. O dəfələrlə böyük izdiham qarşısında “Xolera – vəba”, “Çaxotka – vərəm”, “Yatalaq”, “Dizenteriya”, “Aləmi-nisvan”, “Əyyaşlıq”, “Traxoma”, “Məktəb yaşlı uşağın döş qəfəsinə diqqət yetirmək nə üçün zəruridir?”, “Tibb və İslam” və s. kimi faydalı elmi-publisistik mövzularda mühazirələr oxumuş, məqalə və kitablar çap etdirmişdir. Tibbə dair ilk əsəri olan “Tibb və İslam”ı isə 1906-cı ildə Odessa Novorossiya Universitetinin dördüncü kursunda oxuyarkən yazmışdır. O, əsərində müsəlman adət-ənənələrinin spesifik xüsusiyyətlərini nəzərə almaqla islam qanunlarında tibb elminin bir sıra tələblərinə uyğun gələn şərtlərin olduğunu və bunun müsəlmanların sağlamlığının qorunmasına müsbət təsirini göstərmiş, həmin tələblərə əməl olunmasını vacib hesab etmişdir. İki hissədən ibarət olan əsər ilk dəfə 1906-cı ildə Bakıda “Həyat” qəzetində, daha təkmil variantı isə 1910-cu ildə Həştərxanda “Bürhani-tərəqqi” qəzetində nəşr olunmuşdur. Alleqorik formada yazılmış birinci hissədə güclülər və gücsüzlər, zalımlarla məzlumlar arasında gedən mübarizədən, ikinci hissədə isə tibb ilə islam qanunları arasında olan uyğunluq və ziddiyyətlərdən bəhs olunur. Təsadüfi deyildir ki, N.Nərimanovun tibbi əsərlərinin öz dövrü üçün vacib əhəmiyyət kəsb etməsi nərimanovşünasların nəzərindən qaçmamış və onların böyük əksəriyyəti bu haqda fikirlərini tədqiqat əsərlərində qeyd etmişlər. Lakin N.Nərimanovun seçilmiş əsərləri çapa hazırlanarkən sovet quruluşunun rəsmi ideologiyasi ilə uzlaşmayan bir sıra əsərləri və məqalələri, o cümlədən “Tibb və İslam” da cildlərə daxil edilməmiş, arxivdə qalmağa “məhkum olunmuşdur”. İlk dəfə olaraq 1990-cı ildə görkəmli tibb mütəxəssisi, respublikanın əməkdar həkimi, tibb xidməti polkovniki Baxış Qəhrəmanov “Doktor Nərimanov” adlı kitabında Nərimanovun həkimlik fəaliyyətini və tibbi əsərlərini geniş şəkildə işıqlandırmışdır. Fəlsəfə elmləri doktoru Arzu Hacıyeva isə N.Nərimanovun ictimaiyyətin diqqətindən kənarda qalmış bir sıra əlyazmaları sırasında “Tibb və İslam”ı da tədqiqata cəlb etmiş və fəlsəfi təhlilini vermişdir. Pedaqoji elmlər doktoru Hüseyn Əhmədov isə 2004-cü ildə “Nəriman Nərimanovun pedaqoji nəşrləri” adlı kitabının III nəşrinə “Tibb və İslam”ın tam mətnini daxil etmişdir. Hazırda əsərin əsli AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır (arxiv 23. fond 18. s.v. 209). Əsərin bu gün də böyük maraq doğuracağına əminik və “Tibb və İslam”ın illər sonra təkrar nəş-rinə nail ola bilmək üçün zəhmətini əsirgəməyən hər kəsə minnətdarlığımızı bildiririk!