KitabYurdu » Kitab » Ədəbiyyat » Tural Sahab - Şeytan


Şeçilmişlər Tural Sahab - Şeytan

Tural Sahab - Şeytan PDF
ADI:
Şeytan
REYTİNQ:
  • +7
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
177 kb
Bayırda qar yağır. Deyə bilərsiz : burada nə var ki... Qışda qar yağar da... Bəli, qar qışda yağar. Bu gün isə aprel ayının iyirmi üçüdür. Aprel ayında qar yağması insanın ürəyini sıxır. Həyatda ,onsuz da , kifayət qədər haqsızlıqlar var. Təbiət də qoşuldu həyata... yeni əkdiyim ağacların körpə çiçəkləri şaxta ilə savaşmalı oldu.Körpələr min bir dərd və xəstəliklə savaşdığı kimi...

Təbiət də həyat kimi acımasızdı. Hər ikisində acımasız mübarizə gedir ; güclülərin, rəhmsizlərin qazandığı bir mübarizə. Söyüd ağacı çox asan yetişir. Budağını kəsib torpağa basdırırsan, bir müddət sonra kök atmağa başlayır. Lakin alma və ya armud ağacının yetişməsi üçün illərlə vaxt ,böyük zəhmət lazım olur. Insanlar da belədir. Yaxşı, cəmiyyətə yararlı insanlar çox az olur və tez məhv olur. Sanki yer üzü yaxşılıqların yox , pisliklərin inkişafına şərait yaradır.Bəşəriyyətin yarandığı ilk dövrlərdən bu günə kimi şər qüvvələr cövlan edir .Hər yerdə xeyirxah qüvvələr , nəcib əməlli , işıqlı arzulu insanlar bir köşəyə sıxışdırılır.Gərəksizlər isə... məsələn, anası fahişə, atası qatil olan bir uşaq çox sağlam şəkildə böyüyür, qatil və ya oğru olmaq yolunda inamla addımlayır. Çox çətin və anlaşılmazdır bu həyat. Tanrının işini anlamaq mümkün deyil ki .
Xoşbəxt olmaq üçün , görən ,nə lazımdır? Məncə,dünya , yaradılış haqqında çox şey bilməmək və düşünməmək. Insanın bilgisi artdıqca əzabları da artır. O gün televizorda afrikalı yamyam qəbilələrindən birinin həyatından fraqmentlər göstərilirdi: uşaq məktəbə getmək üçün yeddi gün yol getməlidir və bir il evə gəlməyəcək. Anası oğlunu o qədər soyuqqanlı şəkildə yola saldı ki... Diqqətimi uşağın əynindəki paltar çəkdi. Paltar çox çirkliydi. Deməli, qadın uşağın paltarını yumağı, onun üçün qayğılanmağı belə düşünmür. Kənddə quzuları böyüdürük və bir gün qoyunun yanından ayırıb kəsirik. Qoyun tək bir gün mələyir, sonra unudur... Elə insanların da işini anlamaq olmur.