» » » Sertifikatlaşdırmanın əsasları (dərs vəsaiti)


Şeçilmişlər Sertifikatlaşdırmanın əsasları (dərs vəsaiti)

Sertifikatlaşdırmanın əsasları (dərs vəsaiti) PDF
ADI:
Sertifikatlaşdırmanın əsasları
REYTİNQ:
  • +2
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2001
ÖLÇÜSÜ:
1.47 Mb
Hazırda xarici iqtisadi əlaqələrin durmadan genişləndiyi bir dövrdə məhsulun və xidmətlərin sertifikatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici bazara çıxarılan və ölkəyə idxal edilən məhsullar insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün heç bir təhlükə yaratmamalıdır. Bu təhlükəsizliyi təmin etmək, məhsulun rəqabət qabilliyyətini yüksəltmək, bununla da istehsalatın rentabelliyini və effektivliyini təmin etmək məqsədilə məhsul sertifikatlaşdırılmalıdır. Kitabda sertifikatlaşdırılmanm müxtəlif növləri üzrə aparılan işlərin metodları və vasitələri geniş şərh olunur. Son zamanlar məhsulun sertifikatlaşdırılması ölkədə və xaricdə geniş yayılmışdır. Lakin hazırda bu sertifikatlaşdırmaya xidmətlərin, müəssisələrin keyfiyyət sistemlərinin ISO 9000 seriyalı standartlara uyğunluğunun və personalın sertifikatlaşdırılması da əlavə olunmuşdur. Bu işləri yerinə yetirmək üçün yüksək peşə hazırlığına malik, səriştəli kadıralın hazırlanması vacibdir. Bu kadrlar respublikada sertifikatlaşdırılmanm bütün növləri üzrə prosedurların və normativ-metodiki sənədlərin hazırlanması ilə məşğul olmalıdırlar. Respublikada yaranmış hazırki vəziyyət standartlaşdırma, sertifikatlaşdırma, metrologiya və keyfiyyətin idarə edilməsi sahəsində yüksək peşə hazırlığına malik mütəxəssislərin hazırlanmasının zəruriliyini ön plana çəkir. Bu mütəxəssislər ancaq sertifikatlaşdırma üzrə orqanlar və sınaq laboratoriyaları üçün deyil, həmçinin sənaye müəssisələri, xidmət sahələri üçün hazırlanmalıdırlar. Onlar bilavasitə müvafiq keyfiyyət səviyyəsinin təmin edilməsi mərhələsində işləyir və öz əməklərinin nəticələrini sertifikatlaşdırmaya hazırlamaqla məşğul olurlar. İndi iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, oraya standartlaşdırma və sertifikatlaşdırma toxunmasın. Odur ki, mütəxəssislərin bu sahədə kifayət qədər geniş təsəvvürləri olmalıdır ki, onlar məhsulun istehsalı və xidmətlərin göstərilməsi sahəsində daha düzgün, mütərəqqi qərarlar qəbul etsinlər və onları yüksək səviyyədə ölkədə və xaricdə realizə etsinlər. Lakin Azərbaycan dilində dərs vəsaiti çatışmadığına görə burada bir sıra çətinliklər meydana çıxır ki, bu da «Sertifikatlaşdırmanın əsasları» fənni üzrə dərs vəsaitinin hazırlanmasını qarşıya zəruri bir məsələ kimi qoymuşdur. Dərs vəsaiti yeddi bölmədən ibarətdir. Birinci bölmədə sertifikatlaşdırmanın mahiyyəti, qısa inkişaf tarixi, sertifikatlaşdırmanın aparılma qaydaları, onun tətbiq sahələri, sistemi və sxemləri, sertifikatlaşdırma prosesinin strukturu, akkreditləşdirmə və onun aparılma mərhələləri, akkreditləşdirmə orqanının təşkilati strukturu baxılmışdır. İkinci bölmədə sertifikatlaşdırma sınaqlarının əsas növləri, nəzarətin növləri, sertifikatlaşdırma zamanı aparılan sınaqların strukturu və məzmunu, məhsulun parametrlərinin ölçülmə texnikası, ölçmələrin təsnifatı, sertifikatlaş- dırmanın keyfiyyətinin idarə edilməsində statistik metodların tətbiqi şərh olunur. Üçüncü bölmədə sertifikatlaşdırmanın normativ- metodiki təminatının strukturu, sınaq laboratoriyalarının akkreditləşdirilməsi və fəaliyyət göstərməsi üçün zəruri sənədlər, sertifikatlaşdırma obyektlərinin və uyğunluğun qiymətləndirilməsi metodlarının standartlaşdırılması məsələlərinə böyük diqqət yetirilir. Dördüncü bölmədə sertifikatlaşdırmanın keyfiyyətinin təmin edilməsinin ümumi kriterləri, bu prosesin «keyfiyyət ilgəyi», sertifikatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının strukturu, iş prinsipi şərh olunur. Beşinci bölmə xarici ölkələrdə sertifikatlaşdırmanın aparılması prinsiplərinə, o cümlədən Almaniyada, Fransa da, Yaponiyada, ABŞ-da sertifıkallaşdırma üzrə əldə edilmiş təcrübənin şərhinə həsr edilmişdir. Altıncı bölmədə regional serlifikatlaşdırıma, o cümlədən Avropa İttifaqında və MDB-də tətbiq edilən sertifikatlaşdırımanın xüsusiyyətləri verilir. Yeddinci bölmə beynəlxalq sertifıkatlaşdırımaya həsr edilmişdir. Burada sertifikatlaşdırma sahəsində ISO-nun, BEKES-in, elektron-texniki məmulatların sertifikatlaşdırılması üzrə beynəlxalq sistemin sınaq laboratoriyalarının akkreditləşdirilməsı üzrə beynəlxalq konfrans və beynəlxalq akkreditləşdırmə sistemlərinin, BMT-nin Avropa İqtisadi Komissiyasının fəaliyyətində sertifikatlaşdırma məsələlərinə baxılır.