» » » Nəqliyyat hüququ


Şeçilmişlər Nəqliyyat hüququ

Nəqliyyat hüququ PDF
ADI:
Nəqliyyat hüququ
REYTİNQ:
  • +3
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
4.24 Mb
Dərslikdə müasir dövrdə nəqliyyat hüququnun anlayışı, onun predmeti, mənbələri, subinstitutlan və hüquq sistemində tutduğu yer, habelə nəqliyyat müqavilələrinin ümumi hüqüqu xarakteristikası və sistemi, daşıma müqavilələri üzrə mülki-hüquqi məsuliyyət elmi cəhətdən araşdırılaraq ətraflı şəkildə şərh edilmişdir.
Əsər nəqliyyat daşıma münasibətləri sahəsində ən yeni normativ hüquqi sənədlər və Azərbaycan Respublikasının beynelxalq-hüquqi təcrübəsi nəzərə alınmaqla çoxsaylı elmi mənbələr əsasında hazırlanmışdır. Nəqliyyat-hüquq münasibətləri sahəsində Azərbaycanın müasir hüquq elmində mövcud olan boşluqların doldurulmasında bu kitab önəmli yer tutur.
Dərslik ali məktəb tələbələri, hüquqşünaslar, nəqliyyat hüquq elmi sahəsində çalışan mütəxəssislər və praktiki işçilər üçün nəzərdə tutulmuşdur.
Ölkənin iqtisadi infrastrukturunda nəqliyyat sektoru xüsusi yer tutur. Nəqliyyat ölkənin müxtəlif iqtisadi sahələri olan sənaye və kənd təsərrüfatı arasındakı əlaqəni təmin edərək ölkə iqtisadiyyatını vahid kompleks halında birləşdirən bağlayıcı halqadır. Məhz sənayenin, ticarətin və digər xidmət sahələrinin ahəngdar işi yüklərin, sərnişinlərin vaxtında daşınmasından, nəqliyyat müəssisələrinin müntəzəm fəaliyyət göstərməsindən funksional şəkildə asılıdır.
Bu baxımdan nəqliyyat daşıma münasibətlərinin hüquqi tənzimlənməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlər isə mülki hüququn əsas institutlarından biri olan nəqliyyat hüquq ilə tənzimlənir.
Elm və təhsilimizin müstəqillik dövrünə nəzər salsaq görərik ki, ümummilli liderimiz Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşmış, elmdə və təhsildə aparılan islahatların banisi kimi onları daim diqqət mərkəzində saxlamışdır. Ulu öndərin «Elmdə, təhsildə aparılan istahatlar, kadrların hazırlanmasında dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsin» şüarı dünya təcrübəsinə əsaslanan təhsilimizin inteqrasiyasına əlverişli şərait yaratmışdır. Bazar iqtisadiyyatına keçid və dünyada baş verən qloballaşma dövründə həmin siyasət ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Belə bir şəraitdə Azərbaycanın hüquq məkanında yeni formalaşmaqda olan nəqliyyat hüququ elminin inkişafı üçün onun nəzəri və təcrübi problemlərinin tədqiq edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu istiqəmtdə ayrı-ayrı məsələlərin tədqiq edilməsi isə nəinki nəqliyyat hüquq sahəsini nəzəri baxımdan zənginləşdirir, həm də daim təkmilləşməkdə olan nəqliyyat qanunvericiliyinin daha da inkişaf etməsi və yeniləşdirilməsi işinə xidmət edir.
Oxucu auditoriyasına təqdim edilən bu kitab məhz nəqliyyat hüquq elminə həsr olunmuşdur. Dərslikdə nəqliyyat hüququnun əsas anlayışları, subinstitutları və nəqliyyat daşıma münasibətlərində mülki-hüquqi məsuliyyət məsələləri anlaşıqlı şəkildə şərh olunmuşdur. Müasir Azərbaycan Respublikası nəqliyyat qanunvericiliyinin müvafiq müddəalarının şərhinə xüsusi təşəbbüs göstərilir. Hər bir fəsil üzrə əlavə oxu üçün müvafiq ədəbiyyat siyahısı göstərilmişdir.