KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Orxan Kamal - Ata evi


Şeçilmişlər Orxan Kamal - Ata evi

Orxan Kamal - Ata evi PDF
ADI:
Ata evi
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
869 KB
Usta yazıçının “Kiçik Adamın Romanı” silsiləsinin ilk kitabı olan “Ata evi” əsəri Orxan Kamalın avtobioqrafikçalarlarla zəngin olan qələm məhsuludur. Türk ədəbiyyatında uşaqlıqdan gənclik dövrünə keçidi ən yaxşıanladan əsərlərdən biri sayılır.
Roman bir gəncin dilindən söylənir. Onun atası –Qurtuluş Savaşının iştirakçısı olan bir Adanalı hüquqşünasmüharibədən sonra hakimiyyətlə düz gəlməyərək, ailəsi iləbirlikdə Beyruta mühacirət edir. Burada işləri tərs gedən,müflis olan ailənin böyük oğlu – romanın qəhrəmanı atasınırazı salıb vətənə – Adanaya qayıdır. Yenə yoxsul həyatsürməyə davam etsə də, ailəsinin təzyiqindən can qurtarıb,həyatdan zövq almağa başlayır, özünə dostlar tapır, ürəyi istəyən qədər futbol oynayır, qızlarla tanış olur...
Xaricdə ən çox oxunan türk yazıçısı Orxan Kamal 1914-cü il sentyabrın 15-də Adananın Ceyhan rayonunda dünyayagəlib. Atası Əbdülqədir Kamali deputat və nazir olub, anasıƏzimə xanım ziyalı bir qadın idi. 1931-ci ildə atası siyasisəbəblərdən Türkiyəni tərk etməli olub, ailəSuriyaya köçüb. Orxan burada orta təhsilini yarımçıq buraxıbmətbəəyə fəhlə düzəlib. Bir il sonra təkbaşına vətəninəqayıdaraq Adanada fabrikdə işləməyə başlayıb. 1938-ci ildəəsgərlikdə ikən “Maksim Qorki və Nazim Hikmətinkitablarını oxumaq”da, habelə “xarici rejim lehinə təbliğataparmaq və üsyana təhrik”də təqsirləndirilərək 5 il həbscəzasına məhkum olunub. 1940-cı ildə Bursahəbsxanasında Nazim Hikmətlə tanış olub, ondan fransızca,fəlsəfə və siyasət dərsləri alıb. Böyük şair Orxandakı yazıçılıqistedadını yüksək qiymətləndirib və onu yaradıcılıqfəaliyyətinə təşviq edib.