KitabYurdu » Kitab » Ədəbiyyat » İMADƏDDİN NƏSİMİ SЕÇİLMİŞ ƏSƏRLƏRİ II CİLD


Şeçilmişlər İMADƏDDİN NƏSİMİ SЕÇİLMİŞ ƏSƏRLƏRİ II CİLD

İMADƏDDİN NƏSİMİ SЕÇİLMİŞ ƏSƏRLƏRİ II CİLD PDF
ADI:
SЕÇİLMİŞ ƏSƏRLƏRİ II CİLD
REYTİNQ:
  • +75
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2004
ÖLÇÜSÜ:
2 MB
Kitaba böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) doğma dilimizdə qələmə aldığı, əsasən ictimai-fəlsəfi məzmunun üstünlük təşkil etdiyi müxtəlif janrlı poetik örnəklər daxil edilmişdir. Bu şeirlərdə humanist ideyalar, xeyirə, ədalətə və kamilliyə çağırış motivləri aparıcı yer tutur.

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam.

Kövni-məkandır ayətim, zatidürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam.

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümana sığmazam.

Surətə baxü mə’nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə cana sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm,
Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kana sığmazam.

Gərçi mühiti-ə’zəməm, adəm adımdır, adəməm,
Tur ilə künfəkan mənəm, mən bu məkana sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifəyi ki, mən dəhrü zamanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam.
Nermin.P
sweat_smile super seirdi ancaq cetindi.
  • 14 aprel 2019 14:39
  • Status:
reside behbudova
o biri sehifeler hani
  • 16 aprel 2019 20:15
  • Status:
reside behbudova
eslide cox asandi grinning 

  • 7 may 2019 18:46
  • Status: