KitabYurdu » Kitab » Ədəbiyyat » Rəsul Rza Seçilmiş Əsərləri V cild


Şeçilmişlər Rəsul Rza Seçilmiş Əsərləri V cild

Rəsul Rza Seçilmiş Əsərləri V cild PDF
ADI:
Seçilmiş Əsərləri V cild
REYTİNQ:
  • +30
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
799 KB
Xalq şairi Rəsul Rzanın beşcildliyinin bu cildində müəllifin zəngin bədii irsini tamamlayan ədəbi-publisistik yaradıcılığından nümunələr toplanmışdır. Milli mədəniyyətimizin, klassik və müasir dünya mədəniyyətinin inkişaf qanunauyğunluqlarını sənətkarcasına duyan şair bu məqalələri ilə incəsənət aləminə də daim öz fəal münasibətini bildirmişdir.
Poeziya sənətinə dair baxışlarının öz əksini tapdığı müxtəlif ədəbi-tənqidi yazılarında, çıxışlarında, etüd və fraqmentlərində Rəsul Rza həm klassik ədəbiyyatımızın bir çox nümayəndələri haqqında, həm bütün dövr-daşları, həm də sonrakı nəsil haqqında öz şair sözünü demiş, bir çox dünya sənətkarları ilə bağlı maraqlı ədəbi fikirlər söyləmiş, klassik memarlığımız, bayatılarımız, musiqimiz... haqqında danışmışdır. Şair müasiri olduğu milli incəsənət hadisələrindən, onun ayrı-ayrı yaradıcılarından da bəhs etmiş, haqlarında ədəbi etüdlər yazmışdır.
Təqdim olunan cild şair Rəsul Rzanın ədəbi-publisistik irsinin dolğun mənzərəsini yaradır.