KitabYurdu » Kitab » Ədəbiyyat » Əli Əkbər Gilə


Şeçilmişlər Əli Əkbər Gilə

Əli Əkbər Gilə PDF
ADI:
Gilə
REYTİNQ:
  • -4
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
945 KB
Bütün didərginlərə və tamarzılara ithaf edirəm
O gün çinli bir kişi, şəhər vağzalındakı böyük saatın yanında, gözümün qabağındaca öldü. Çinli olması qənaətim şərtidi - vyetnamlı, koreyalı və ya yapon da ola bilərdi. Bəlkə də gözləri açıq olsa, yapon və ya çinli olmasını ayırd edərdim, çünki bir yaponla çinlini səhv salmadığıma çox əminəm. Ancaq meyitin gözləri qapalı idi, elə bil yatmışdı. Meyitə baxanda elə təəssürat yaranırdı ki, sanki toxunsan səksənib yerindən qalxacaqdı.
Artıq meyiti xərəyə yerləşdirmişdilər. Həkimlər ciddiyətlə sənələşdirmə ilə məşğul idi. Meyidi qüssəli baxışlarla süzən iki qadın polissə qovurucu istilərdən danışırdılar.
Susamışdım. “Nordsee” balıq qəlyanaltısı ilə üzbəüzdəki köşkdən su aldım, buz kimi soyuq idi. Növbədə üç dəqiqə itirdim. İsti qovururdu. Tər damcılarının boynumdan yambızlarımadək necə sürüşdüyünü hiss edirdim. Qatarın yola çıxmasına da hələ iyirmi dəqiqə vardı. Köşkdən çıxanda çinlinin meyitini artıq aparmışdılar. Həyat normal axarında idi, üç dəqiqə əvvəl çinlinin meyidi ətrafındakı səs-küydən əsər qalmamışdı.