» » » Təhsil sistemində psixoloji xidmət II hissə


Şeçilmişlər Təhsil sistemində psixoloji xidmət II hissə

Təhsil sistemində psixoloji xidmət II hissə PDF
ADI:
Təhsil sistemində psixoloji xidmət II hissə
REYTİNQ:
  • +19
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
2.7 Mb
Yer kürəsi əhalisinin yarıdan çoxunu uşaqlar təşkil edir. Uşağın inkişafı gələcək yaşlı adamın ruhi və praktik fəaliy­yətinin, mənəvi simasının və yaradıcılıq potensialının inkişafının zəruri şərtidir.
Psixologiyada insan həyatının məktəbəqədər yaş dövrünün elmi izahına müxtəlif  nöqteyi-nəzərdən yanaşılır. K.Q.Yunq bu dövrü “fəallığın kapital yığımı“ dövrü, Q.S.Sallivan “simvolik imkanların təşəkkülü“, L.S.Vıqodski «Мən»in sosializasiyası”, J.Riaje “sensomotor qabiliyyətlərin və intellektin inkişafı“ kimi səciyyələndirmişlər, B.Blyuma görə, 4 yaşında uşağın fərdi xüsusiyyətləri o səviyyəyə çatır ki, artıq bu yaşda şəxsiyyətin və əqli xüsusiyyətlərin bir sıra daimi əlamətlərindən danışmaq olar. 
Uşaq dünyaya köməksiz bir varlıq, iqtidarsız bir məxluq kimi gəlir. Demək olar ki, o heç nəyə qadir olmur, lakin illər keçdikcə, anatomik-fiziki inkişafda baş verən kəmiyyət dəyişiklikləri uşağın psixi aləmində də dərin izlər buraxır, yeni keyfiyyət dəyişiklikləri kimi üzə çıxır. 
Uşağın inkişafı, böyüməsi həmişə yaşlılarda  təəccüb və sevinc hissləri doğurur: bu gün o dünənkinə bənzəmir, sabah isə bu günkündən fərqlənəcək. Budur, o, iki-üç aylığında oturur, altı-yeddi aylığında iməkləyir, bir yaşın sonlarında dil açır, ilk titrək addımlarını atmağa başlayır. Bu addımlar nə qədər kövrək və etibarsız olsa da, hər halda bu gələcəyə-onun üçün geniş aləmə, sirli-sehrli dünyaya tərəf yönəlmişdir.
Yeni şəraitdə körpənin inkişafı anadangəlmə mexanizimlər vasitəsi ilə təmin olunur. O, orqanizmin xarici şəraitə uyğunlaşmasını təmin edən hazır sinir sistemi ilə doğulur. Uşaq dünyaya gələn andan orqanizmin əsas sistemlərinin işini tə’min edən reflekslər işə qoşulur. (Məsələn, qan dövranı, tənəffüs). Həyatın ilk günlərində körpədə müxtəlif müdafiə refleksləri -dərinin qıcıqlanması (iynə vurarkən), gözlərin qıyılması, sifətin səyirməsi və s. özünü biruzə verir. Yeni doğulmuş körpədə müdafiə refleksləri ilə yanaşı qıcıqlandırıcılarla əlaqəyə istiqamətlənmiş bələdləşmə refleksini də aşkar etmək mümkündür. Həyatın birinci üç günü ərzində körpə güclü işığın təsirinə reaksiya göstərir. Doğulduğu ilk gündən etibarən körpədə bələdləşmə-qida refleksi də özünü göstərir: ana yanağını  uşağın dodaqlarına toxundurduqda onda axtarış reaksiyası yaranır, başını qıcıqlandırıcıya tərəf çevirir, ağzını açır.
Uşaq doğularkən bir sıra digər anadangəlmə reaksiyalara-əmmə, tutma, itələmə və s. kimi reflekslərə də malik olur. Bu reflekslərin sırasına BabinRobinzon reflekslərini də aid etmək olar. Belə ki, yeni doğulmuş körpənin ayağının altını küt kibrit çöpü ilə qıcıqlandırdıqda, ayaq barmaqları bir-birindən aralanır (Babin refleksi ),  çağanın əlinə qələmi qoyduqda, o elə bərk yapışır ki, qələmdən tutub onu qaldırmaq mümkündür. (Robinzon refleksi).
Yeni doğulmuş   körpənin bədən çəkisi 3000-3500 qram, boyu 45-50 sm olur. Körpə qeyri-mütənasib bədən qurluşu ilə doğulur. Onun başı böyük, təxminən boyun dörddə birinə bərabər, bədəni uzun, aşağı və yuxarı ətrafları, yəni qıçları və qolları gödək olur.
Uşaq doğularkən onun beyin çəkisi 300-350 qram, bir dəqiqədə ürək döyüntülərinin sayı 134-ə bərabər olur.
Yeni doğulmuş körpə müstəqil fəaliyyət subyekti deyildir. O, özünün həyati vacib üzvü tələbatlarını belə ödəməyə qadir olmur. Lakin aylar keçdikcə uşağın fiziki inkişafında   bir sıra dəyişikliklər özünü aşkar büruzə verir. Bir yaşın sonunda o, əşyalarla oynayır (manipulyativ fəaliyyət), addımlamaqla, ayaq üstə yeriməklə yerdəyişməyə nail olur və dil açır.
Bir yaşın sonunda körpədə pisixikanın maddi əsasını təşkil edən beynin cəkisi təxminən iki dəfə artaraq 780-800 qrama çatır ki, bu da doğulan anla müqayisədə dəfə cox olmaqla, yaşlıların orta beyin çəkisinin yarısına bərabərdir. Bu dövrdə uşağın bütün duyğu orqanları aparatı-analizatorlar normal şəkildə fəaliyyət göstərir. Uşağın emosional sferasında diqqəti cəlb edən keyfiyyət dəyişkənlikləri müşahidə olunur. Artıq  əldə  edilmiş   çoxsaylı  maraqlı  faktlar   sübut  edir  ki, körpənin   psixi  həyatı  indi   elmə  məlum  olduğu   qədər də  sadə  deyildir, əksinə, onun  öyrənilməsi   üçün hələ  tədqiqatçıların  bir   neçə  nəsli  çalışmalı   olacaqdır. Həyatın sonrakı dövrlərində də uşağın həm  fiziki, həm   də psixi  inkişafı  intensiv dəyişikliklərə uğrayır. Yaş  yarımda o, 30-100, iki  yaşın   sonunda 200-300, üç  yaşın  sonunda   1200-1500 və  altı  yaşın   sonunda  3000-3500 sözdən  ibarət   lüğət  fonduna  malik olur. Uşaqda  psixi  funksiya   və proseslərin  inkişafında  sosial   mühit  və  tərbiyə   şəraiti  başlıca  rol   oynayır. Uşağın  psixi  həyatında   fəaliyyət  növləri  güclü   stimula  çevrilir. İlk  uşaqlıq   dövründə (1-3 yaş) uşağın   qavrayışı  intensiv  inkişaf   edir. Bu prosesdə uşağıın  diqqətini  cəlb   edən  görmə  obrazları–müxtəlif  əşyalar   əsas  rola  malik   olur. Əzələ - hərəki   duyğularla  görmə  duyğuları   arasında  formalaşan  koordinasiya   uşağın  əşyalara  doğru   yönəlməsini   və  onlarla   müstəqil  fəaliyyətinin  zəruri   şərtinə  çevrilir. Əşyalarla  manipulyativ  fəaliyyət   zəminində  qavrayış  prosesinə elementar müqayisə, fərqləndirmə və ümumiləşdirmə formasında təfəkkür prosesi də qoşulur. Bu yolla qavrayış obrazları ilk dəfə ümumiləşmiş xarakter almağa başlayır. Qavrayışın diferensiallaşdırma və ümumiləşdirmə imkanları əvvəlcə passiv, sonra isə aktiv nitqlə tamamlanır: ilk uşaqlıq dövründə uşağın duyğu orqanlarının fəaliyyəti ilə əlaqədə eşitdiyi sözlər onun qavrayışının inkişafında böyük rol oynayır. Eşidilən sözlər birinci siqnal sisteminin qıcıqlandırıcıları ilə əlaqədə böyük  əhəmiyyət daşıyır ki, bununla da uşaq gerçəkliyin dərk   edilməmiş ümumbəşəri təcrübəsinə qoşulmuş olur. Bu prosesdə uşağın aktiv nitqi daha böyük əhəmiyyət  kəsb edir. İkinci siqnal sisteminin fəaliyyətə başlaması uşağın sosial təcrübəsini zənginləşdirir, dərketmə imkanlarını genişləndirir və onun münasibətlər sisteminin formalaşmasının əsasını qoymuş olur.
Məktəbə daxil olmaq ərəfəsində uşağın qavrayışının struktur əlamətləri