» » » Əlibala Hacızadə Əsərləri. VIII cild


Şeçilmişlər Əlibala Hacızadə Əsərləri. VIII cild

Əlibala Hacızadə Əsərləri. VIII cild PDF
ADI:
Əsərləri. VIII cild
REYTİNQ:
  • +3
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
2.58 MB
Yazıçı Əlibala Hacızadənin bütün əsərlərini əhatə edən X cildliyinin VIII cildinə müəllifin povest, hekayələr, şerlər, pyeslər və ədəbi düşüncələri daxil edilmişdir.
Axşam çağı idi. Narın yaz yağışı çiləyirdi. Şəhərin asfalt döşənmiş küçələri tər-təmiz yuyulmuş, hava saflaşmışdı. Elə bil havaya dağlarda, yaşıl çöllərdə, yal-yamaclarda bitmiş tər çiçəklərin ətrini səpmişdilər. Belə gözəl havada otaqda oturmaq ən azı cana qəsd eləmək idi. Bir də axı belə hava bizim şəhərdə gec-gec ələ düşürdü. Çox vaxt xəstə və solğun görünən üzlərdə indi qəribə, sağlam bir qızartı görünürdü. Nişanlısı ilə, sevdiyi qızla gəzməyə çıxan oğlanlar əl-ələ tutub gülə-gülə keçirlər: Yaşlı qocalar əllərindəki əsanı asfalt döşəməyə vura-vura addımlayırlar. Hələ əyinlərinə nazik ipək paltar geymiş cavan qızlar, gəlinlər... hələ onların qızarmış üzlərinə, qara qıvırcıq tüklü başlarına, uzun qara kirpiklərinə qonub şeh danələri kimi parlayan yağış damcıları... Bu, onlara xüsusi bir gözəllik verirdi. Şəhərdə getdikcə artan bir canlanma əmələ gəlirdi...