» » » İsa Muğanna - Seçilmiş əsərləri. 2-ci cild


Şeçilmişlər İsa Muğanna - Seçilmiş əsərləri. 2-ci cild

İsa Muğanna - Seçilmiş əsərləri. 2-ci cild PDF
ADI:
Seçilmiş əsərləri. 2-ci cild
REYTİNQ:
  • +5
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2009
ÖLÇÜSÜ:
892 KB
Görkəmli yazıçımız İsa Muğannanın altı cildlik seçilmiş əsərlərinin 2-ci cildinə onun "Sürgün", "Dan ulduzu" povestləri, müxtəlif illərdə qələmə aldığı hekayələri və "Ömrümdə izlər" başlığı altında bir neçə xatirə-oçerki daxil edilmişdir.
Bağlı kəndində mübarizələrdən keçə-keçə xoşbəxtlik adlanan aləmə qovuşmağa çalışan cavan qızlardan birinin adı Bəsdi idi. “Zaftalı” Bəsdi deyirdilər. Yəni zabitəli, zəhmli, hökmlü. Hərdən “Zoddu” Bəsdi də deyirdilər. Bu “zoddu” da elə “zaftalı kimi bir sözdür; zoddu adamın qabağında dayanmaq bəlkə heç mümkün deyil.
Mirzə Mərəz və ya Mərəz Mirzə deyilən partkomun Bəsdiyə beş-üç kəlmə: “Əmin (yəni kolxoz sədri Ehsan kişi) əlindəki şallağı atının sağrısına vurmaq əvəzinə gəlinlərin geri yanma şappıldadır” - deməyi kifayətdi ki, o günü Bəsdi əmisinə qışqırıb abırdan salmayaydı: “Şallağı öz arvadıyın yumşaq yerinə çək ki, çox ennən-dirməsin. Zəhmət çəksin işə gəlsin...” və s. Əmma tale, daha doğrusu, zəmanə Bəsdini sındırdı. Bəli, sındırdı.
Düz yarım əsr bundan əvvəl - min doqquz yüz əlli birinci ilin iyununun axırında “kolxozluq” adlanan zamanın ən qaynar vaxtında baş vermiş hadisə elə bil bu gün olub; Alman faşizmi üzərində qələbədən sonra “Qələbə” adlandırılmış kolxozun sədri Ehsan kişinin ümumi iclasda çıxışı, xırıltılı, əmma məlahətli, hətta nurlu səsi indi də qulağımdadır: