KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Onore De Balzak - " Vadidəki Zambaq " əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Onore De Balzak - " Vadidəki Zambaq " əsəri ilə tanışlıq və məzmunu

ADI:
Vadidəki Zambaq
REYTİNQ:
  • +9
MÜƏLLİF:
DİL:
FORMAT:
Fransa ədəbiyyatının ən görkəmli nümayəndələrində biri olan Onore De Balzak 1799-cu ildə Fransanın Torus adlı bölgəsində bir vəkil oğlu olaraq dünyaya göz açmışdır. Bir müddət hüquq təhsili aldıqdan sonra peşəsindən bezərək yarımçıq qoymuşdur. Hələ iyirmi yaşında olarkən bir çox roman və hekayə qələmə almağa başlamışdır. Əvvəllər yazdığı əsərlərdə uğur qazana bilməmişdirsə də, yenə də kitab çap etdirməyə davam etmişdir. Mətbəəsi müflisləşdikdən sonra borclarını anası ödəmişdir. Bir müddət sonra özünü siyasətə vermis və Fransa Parlamentinə üzv seçilmişdir. Qış aylarında Rusiyaya səfər edən müəllifi, 1850-ci ildə dünyasını dəyişmişdir. Ən məşur əsərləri isə “Qorio Ata” və ”Vadidəki Zambaq” əsərləridir. Balzak, öz dövrünü əsərlərində çox uğurlu bir şəkildə yansıtmışdır. Onun əsərləri fəlsəfi analizləri ilə daha məşhurdur. Yazıçının oxucu kütləsi tərəfindən ən bəyənilən iki əsərindən biri də “Vadidəki Zambaq” əsərdir. Realist bir üsluba sahib olan Balzak, bu əsəri ilk dəfə 1885-ci ildə nəşr etdirmişdir. Romanda baş verən hadisələr 1809-1836-cı illər aralığında cərəyan edir.
Vadidəki Zambaq: Aristokrat bir ailənin kiçik oğlu olan Felix de Vandenesse, ailəsinin ona göstərməsi lazım olan isti münasibətlərdən yoxsul olan avtoritar bir mühitdə böyümüş uşaqdır. Restavrasiya dövrünün yaxınlaşdığı bir zamanda atası Felixi Toursa çağırır. Felix, atasının dəvətinə itaət edərək Toursa qayıdır. Toursa getdikdən sonra bir gün bir tədbirə qatılır. Tədbirə gənc olan bir qadın görərək, onun gözəlliyinin təsiri altına düşür. Ona qarşı dərin məhəbbət hiss edərək uzun müddət unuda bilmir. Bir gün İndre gölünün yaxınlığında, Clochegourde-də, yenə həmin qadına rast gəlir. Bu gənc qızın adı Kontes Henrietta de Mortsauf-dur. Felix, qadının gözəlliyinin vadinin adı ilə xüsusiləşdirildiyini düşünür. Vadinin adı isə Zambaqdır. Henrietta da eyniylə zambaqlar kimi təmiz, saf və gözəldir. Felix və Henrietta tanış olurlar. Henrietta Felixə öz həyat hekayəsini nağıl edir. Gənc Qadın evlidir və həyat yoldaşı kəskin üz cizgili, sərt və soyuq bir insandır. Xoşbəxt olmayan bir həyatı vardır. Felix də ona ailəsindən və kədərli uşaqlığından bəhs edir. Qarşılıqlı dərdləşməklər hər ikisini bir-birinə yaxınlaşdırır. Aralarında təmiz, lakin gizli olan bir münasibət yaranır. Davamlı olaraq görüşürlər. Bir gün Felixin mövqe sahibi olması üçün vadidən uzaqlaşması lazım gəlir və hər ikisi üz-üzə gəlirlər.
Felix, saraya gedərək XVIII Luisin diqqətini özünə çəkməyi bacarır və qısa zaman ərzində o sarayda yüksək vəzifə saibi olur. Məhəbbətinə sadiq olan Felix, Henriettanı heç zaman unutmur və davamlı olaraq məktublaşırlar. İki illik ayrılıqdan sonra yenə görüşürlər. Henriettanın həyat yoldaşın uzun müddət davam edən bir xəstəliyə düçar olduğu üçün, Felix və Henrietta arasında olan münasibət daha da dərinləşir. Lakin, bir müddət sonra Felix Parisə geri dönmək məcburiyyətində qalır.
Felix, Parisdə yaşadığı zaman elit bir təbəqədən olan Ledi Dudley adlı biri ilə tanışlığa müəssər olur. Onun davranışlarından təsirlənərək, bir müddət sonra aşıq olduğunu zənn edir. Bu hadisəni öyrənən Henrietta çox ağır bir xəstəliyə tutulur. Henrietta, Felixi bağışlasa da həyatda qalmaq uğrunda mübarizədə xəstəliyə məğlub olaraq dünyasını dəyişir... Gözəl və parlayan ingilis qadından bezən Felix, Clochegourde-də geri dönür. Geri döndüyü zaman Henriettanın ona buraxdığı məktubu alır. Henrietta məktubda, sevgisi, arzuları və əxlaqi dəyərləri, arvad olmasının məsuliyyəti arasında qalaraq yaşadıqlarını əks etdirmişdir.
Henrietta, sonuna qədər əxlaqını müafizə etməklə bir yerdə bir çox zaman içində müharibələr də yaşamışdır. Felix isə bir müddət sonra özünü toparlamağa çalışaraq Parisə geri dönür. Orada özünü ədəbiyyata, elmə, siyasətə verərək əyatını davam etdirir.

Onore De Balzak - " Vadidəki Zambaq " əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1548-honore-de-balzac-vadideki-zambak.html