KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » GABRIEL GARCIA MARQUEZ PATRİARXIN PAYIZI


Şeçilmişlər GABRIEL GARCIA MARQUEZ PATRİARXIN PAYIZI

GABRIEL GARCIA MARQUEZ PATRİARXIN PAYIZI PDF
ADI:
PATRİARXIN PAYIZI
REYTİNQ:
  • +13
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
2 MB
Qabriel Qarsia Markesin özü dediyi kimi, yaradıcılığında önəmli yer tutan bu məşhur romanı, mistik bir qoca haqqında – dünya durduqca duran, bütün vücudu və ruhuyla hakimiyyət zirvəsinin havasıyla qidalanan, bu «ecazkar ucalıqlarla» heç cür vidalaşmaq istəmədən, ölümünün astanasınacan mübarizə aparan qoca diktator haqqında, onun hakimiyyətinin qürub çağı – payızı haqqındadır. Magik realizm məktəbinin parlaq nümayəndələrindən olan Markesin, özünəməxsus yazıçı qələmiylə ərsəyə gətirdiyi bu əsər - unikal təhkiyə üslubu - zaman və məkan ölçülərinin itirildiyi, müxtəlif dövrlərdə və məkanlarda baş verən hadisə və situasiyaların, eyni bir müstəviyə - yaşı və məkanı dəqiq bilinməyən, ilğımvari yaddaş ərazisinə sığışdırılması, təsvir olunan olaylara və insan talelərinə, guya təkrar-təkrar dönə-dönə, əslində isə, yazıçının nəzarət dairəsinə düşmüş bu mənzərələrə, ayrı-ayrı zaman və baxış bucaqlarından daxil olunması, insan obrazlarının markesvari təsviri, əsəri, ilk növbədə, yüksək bədii sənət nümunəsi kimi, iyirminci əsr ədəbiyyatının yetirdiyi ən parlaq romanları sırasına çıxarır.