KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » E.L.Voyniç - "Ovod" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər E.L.Voyniç - "Ovod" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Ovod
REYTİNQ:
  • +70
MÜƏLLİF:
DİL:
FORMAT:
İrland yazıçı Etel Lilian Voyniçin müəllifi olduğu Ovod ( org. The Gadfly ) əsəri, geniş oxucu kütləsi tərəfindən ən çox bəyənilərək mütaliə edilən əsərdir. İlk öncə onu qeyd edim ki, bu əsər trilogiyadır. Əsərin ikinci hissəsi olan “Qırılmış Dostluq“ dilimizə tərcümə olunsa da, təəssüflər olsun ki, üçüncü, yəni sonuncu hissəsi hələ də tərcümə edilməmişdir.
Ovod , 1897-ci ildə ABŞ-da çapdan çıxmışdır. Əsərdə baş verən əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar başına gələn faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı artıq bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır.
Ovod: Әsәrimizin baş qəhrəmanı olan Ovod uşaqlıqdan bәri çәtin və keçməkeşli hәyat tәrzi yaşamış, çox sevdiyi anasını xәstәlikdәn itirdikdәn sonra ona әziz olan katolik kilsәsinin keşişi Monsenyor Montanelli ilә daha çox vaxt keçirmәyә başlamışdır. Bu zamanlar isә O, Ovod yox sadәcә 19 yaşlı Artur idi, Artur Berton. Arturun 'Ovod'-a çevrilmәsinә isә ürәkdәn sevdiyi Cemmanın onu günahsız yerә tәqsirlәndirmәsi, ögey qardaşının vә onun ailәsinin ona qarşı sәrt vә kobud rәftarı, әn әsası isә illәr sonra öz atasının mәhz Montanelli olduğunu öyrənməsi, daha dəqiq desәk anasının ona vә ailәsinә olan xәyanәti sәbәb oldu. Belәliklә, o, nә anasını, nә atasını nә dә Cemmanı bağışlaya bilәcәyini düşündü. Bu hadisәlәrin cәrәyan etdiyi hәmin gün Artur ani alınmış bir qәrarla hәrkәsin hәyatından çıxdı. Mәhz elә hәmin gün Arturun 'öldüyü', Ovodun 'doğulduğu' başqa sözlә desәk adını tarixә yazdıracaq bir qәhrәmanın hekayәsinin ilk günü oldu. Daha әzablı günlәr isә bu vaxtdan sonra başladı. Lakin uzun illәr sonra taleh Cemma vә Ovodu birlәşdirdi. Onlar mövcud hökmranlığa qarşı mübarizә uğrunda yenidәn birlik oldular. Bu müddәt әrzindә Ovod hәm Cemma, hәm dә Montanelli ilә ünsiyyәtdә oldu. Lakin nә Cemma, nә dә Montanelli onlara bu qәdәr yaxın olan Arturu tanıya bilmәdi. Çünki onu hәyat vә ötüb keçәn illәr yox, әzab, çәtinlik, aclıq çәkdiyi, ayaqlar altında әzilib tapdalandığı günlәr dәyişdirmişdi. Ovod o qәdәr çәtin günlәr keçirmişdi ki, hәlәdә onun üçün әzab çәkәn atasını vә Cemmanı bağışlaya bilmirdi. 
Ovodun ölüm hökmü üçün onun yanına gәlәn atası kardinal Montanelliyә etiraflar edərək ona çox təsirli bir cümlə deyir: "Mәnә aydın oldu ki, sizin üçün göylәrin mәrhәmәtini qazanmaq, mәni bu cәhәnnәmdan xilas etmәkdәn daha vacibdir". Çünki keçәn zaman dini etiqadlarına düşkün Arturu ­ateist vә kilsәyә qarşı dәrin düşmәnçilik bәslәyәn Ovoda çevirmişdi. Romanda digәr hissәni isә әsәrdәn olan bir neçә cümlә ilә ifadә edək. Çünki düşünәn bir beyin vә hiss edәn bir qәlb üçün bu cümlәlәr çox dәyәrlidir.
 
Ovod atasına deyir: "Isa peyğәmbәr sizin üçün nә etmişdir? O, sizdәn ötrü nә әziyyәt çәkmişdir ki, siz onu mәndәn çox istәyirsiniz? Siz onu yaralanmış qolları üçün sevirsiniz! Onda mәnim qollarıma baxın! Buna da baxın buna da, buna da...(O, öz bәdәnindәki yara izlәrini göstәrәrәk..)". Qeyd edək ki, Ovod atasına dini vә kilsәni atıb onunla birgә gәlmәsini istәdikdә Montanelli bunu edә bilmәyәcәyini demişdi vә bu Arturu mәlum cümlәlәri dilә gәtirәcәk qәdәr hiddәtlәndirmişdi. Çünki bu atasının Ovodun ölüm hökmünә razılıq vermәsi demәk idi. 
Romanın sonunda isә Cemmanın hәqiqәtlәri Ovodun ölümündәn sonra aldığı mәktubla öyrәnmәsi, imza әvәzinә uşaqlıqda öyrәndiklәri kiçik bir şeirlә bitәn bu mәktubda Ovodun Cemmaya olan sevgi etirafının öz әksini tapması vә atasına "ürәyin sadәcә mәnә aid olsun" deyәn Arturun ölümündәn qısa müddәt sonra Montanellinin mәhz 'ürәk partlaması'dan ölmәsi müəllifin dәrin düşüncәsinin tәzahürüdür.

E.L.Voyniç - "Ovod" əsərinin Azərbaycan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/286-etel-lilian-voynic-ovod.html