KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Cek London – “Ağ Diş” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Cek London – “Ağ Diş” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Ağ Diş
REYTİNQ:
  • +187
MÜƏLLİF:
DİL:
FORMAT:
Əsil adı Con Griffith olan amerikalı yazıçı Cek London, 12 yanvar 1876-cı ildə San-Fransiskoda dünyaya göz açmışdır. İlk yaxtası olan “Razzle Dazzle2" ilə San-Fransisko Körfəzində macəralı bir həyata qədəm qoydu. Həyat tərzini dəyişməyə qərar verən müəllif, Oklendə geri dönərək imtahan verir və universitetə qəbul olur. 1897-ci ildə qızıl axtarmaq istəyən yüzlərlə kişi kimi Cek London da Kanadaya üz tutdu və bu səyahət onun üçün yazıçılığın kəşfi oldu. Bir il qaldığı Klondike haqqında 1903-cü ildə nəşr olunan “Əcdadların Harayı”, ardınca isə 1906-cı ildə çap olunan “Ağ Diş” əsəri də daxil olaraq bir çox hekayələr qələmə aldı.
22 noyabr 1916-cı ildə isə intihar edərək həyata gözlərini əbədi olaraq yumdu.
AĞ Diş: Ağ Diş Romanı, yarı canavar, yarı it olan bir canavrın həyat hekayəsindən bəhs edir. Əsərin əvvəllərində balaca canavar hələ yeni-yeni öz mühitinə öyrəşməyə başlamışdır. Anasıyla ova çıxaraq yeni şeylər öyrənmişdir. Anasının adı Kiche, atasının adı isə Təkgözdür. Atası tək gözünü itirdiyi üçün ona bu adı vermişdilər. Ağ Dişin digər balalardan fərqli tükləri var idi. Yuvasından çıxaraq ətrafı izləyirdi. Anasının vəhşi pişikləri necə öldürdüyünə tamaşa edərək, özü də bunu yerinə yetirməyə çalışırdı.

Bir gün mağarada bir işıq görür və getdikcə o işığa tərəf yaxınlaşır. Çölə çıxaraq meşədə insanları görür. Bir müddət insanları izlədikdən sonra Boz Qunduz deyilən adama yaxınlaşdı. Hələ də necə davranacağı haqda bir fikri yox idi. Boz Qunduza dişlərini göstərdi və onu qorxutmağa çalışdı. Qunduz da onu odun parçası ilə vurmağa başladı. Bala elə haray çəkdi ki, anası səsini eşidərək onu xilas etməyə gəldi. Lakin Boz Qunduz Kicheni tutan kimi boynuna xalta vurdu.

Boz Qunduz avtoritar və əsəbi biri idi. Bala insanlara tanrı gözü ilə baxırdı. Çünki, onlar istədiklərinə sahib ola bilirdilər, eyni zamanda da ağıl sahibləri idilər. Anası azadlığını itirdiyi üçün bala çox kədərlənmişdi. Sevginin nə olduğunu bilmirdi, ancaq anasına qarşı çox dərin bir şeylər hiss edirdi. Anası ona şəfqətlə baxır, öz yeməyindən balasına da verirdi.
Düşərgədəki insanlar balaya “Ağ Diş” adını verdilər. Ağ Diş canavar idi, lakin düşərgədəki itlərlə qalması səbəbi ilə onlara bənzəyirdi. Ağ Diş meşəyə gedəndən bəri Uzun dodaq adlı bir it onunla mübahisəyə girişmişdi. Davamlı olaraq Ağ Dişə hücum edir və onun üzərində üstünlük əldə etməyə çalışırdı. İlk başda Ağ Diş ona qarşı cəsarətli davranmamışdı amma sonra Uzundodaq üçün elə planlar qururdu ki, it belə qorxudan ona yaxın gedə bilmirdi.
Gün gəldi və Boz Qunduz Kicheni başqa bir düşərgəyə yolladı. Ağ Diş anasının arxasınca getmək istədi. Lakin Boz Qunduz onu taparaq bərk vurdu. Anasının getməsi ilə özünü tənha hiss edən Ağ Diş, özünü necə qorumalı olduğunu öyrəndi. Artıq saibinin qaydalarına da əməl edir və həyatda qalmağa çalışırdı. Sahibin oğlu Mitsaha başqa uşaqlar hücum edəndə Ağ Diş bu səsi tanıyaraq onun köməyinə gəlmiş və digər uşaqların hücumundan qorumuşdu. Mitsah olanları atasına danışdıqdan sonra atası Ağ Dişə daha da çox yemək verməyə başladı.

Düşərgədə qıtlıq başlamışdı və insanlar artıq özlərinə yemək tapa bilmirdi. O qədər pis hala gəlmişdilər ki, itləri öldürüb yeməyə başlamışdılar. Bu sırada həyatda sağ qalmağı düşünən Ağ Diş, qaçaraq oradan canını qurtardı. Həyatını davam etdirmək üçün meşədə balaca canavarı belə öldürüb yemişdi. Çünki, Ağ Diş, sağ qalmaq uğrunda zamanı gəldiyində güclülərin zəiflərdən istifadə edib, faydalana biləcəklərini öyrənmişdi.
Uzun müddət sonra yenidən düşərgəyə geri dönsə də saibini orada görmədi. Bir müddət sonra geri dönən sahibi, onu da alaraq başqa bir yerə getdi. Ağ Diş çox güclü idi, onu heç bir it ya da canavar məğlub edə bilmirdi. Bunun fərqinə varan Smit adlı biri, Boz Qunduza canavar üçün pul təklif etdi. Lakin Boz Qunduz bu təklifi geri çevirir. İnadkar olan Smith, bu dəfə başqa bir yol taparaq Ağ Dişi almaq istədi. Hər Gün Boz Qunduza şərab apararaq onda şəraba qarşı asılılıq yaratdı. Boz Qunduz, şərab qarşılığnda Ağ Dişi verməyə razılıq verdi.

Smith Ağ Dişə işgəncələr verərək ardından gülürdü. Heyvan onun üzündən gün getdikcə arıqlamağa başladı. Ağ Dişi öyrədərək döyüşlərə hazırlayırdı. Ağ Diş bütün döyüşlərdə qalib gələrək sahibinə pul qaznadırırdı.

Bir gün Ağ Diş Cherokee adlı itə məğlub  olarkən Smith onu çox bərk vurdu. Ağ Dişə yazığı gələn digər bir insan Smithə pul qarşılığında Ağ Dişi ona verməsini təklif etdi. Yeni sahibinin adı Scott idi. Sahibi mərhəmətli olsa da Ağ Diş ilk başlarda ona öyrəşə bilmədi. Scott onu San-Fransiskoya apararaq ailəsinin yanına yerləşdirdi. Zamanla ailə üzvlərinə də öyrəşən Ağ Diş, lazım gələndə ətrafdaki itlərə də dərs verməkdən çəkinmirdi.

Ağ Diş yeni sahibini çox istəyir və onu qoruyurdu. Bir gün Scottun düşməni olan Jim Hail həbsxanadan qaçaraq Scottun izinə düşür və onu öldürmək istəyir. Gecə Scottun evinə gələn Jim, ona hücum etmək istəsə də, Ağ Diş sahibini qorumaq üçün özünü təhlükəyə atdı və canini yaraladı. Amma özü də yara almışdı. Scott gəlib canavarın halını görəndə çox kədərlənir. Həkimlər canavarın çox yaşaya bilməyəcəyini dedilər. Amma, Scott onu elə bəslədi ki, Ağ Diş yenidən dirçəlməyi bacardı. Scott və ailəsi onu Müqəddəs Canavar deyə çağırırdılar. Artıq hər yerdə tanınırdı. Bütün xalq onun cəsurluğundan bəhs edirdi. Ağ Diş isə sahibinin yanında sonsuzadək yaşayacağı üçün çox xoşbəxt idi.

Cek London – “Ağ Diş” əsərinin Azərbaycan dilində PDF formatında elektorn versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1651-cek-london-agdis.html
Cavid Məmmədov
Cavid Məmmədov
  • 30
Uşaqlar üçünçox yaxşı kitabdır
  • 29 mart 2018 15:05
  • Status:
Əlili Yusif
 Çox gözəl bir mövzudur.Bir canavarın tək tənha böyüməsindən bəhs edir.???

  • 16 yanvar 2022 14:25
  • Status: