KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Alber Kamyu – “Başqaldıran İnsan“ əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Alber Kamyu – “Başqaldıran İnsan“ əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Başqaldıran İnsan
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
Sadəcə qırx il ömür sürməsinə baxmayaraq dünya ədəbiyyatına ”Taun“, ”Çöküş“, ”Yad“, ”Xoşbəxt Ölüm“ kimi şedevrlər bəxş edən Alber Kamyunun bəlkə də ən ciddi əsəri “Başqaldıran İnsan” əsəridir. Təəssüfləndirici məqamlardan biri də əsərin hələ də dilimizə tərcümə olunmamasıdır. Ölkəmizdəki tərcüməçilərin görməzdən gəldiyi bu əsərin məzmunundan kiçik bir hissəni sizlərə təqdim edirik.
Başqaldıran İnsan: İnsan tanrını əxlaqi cəhətdən ifşa etdiyi zaman, onu öz daxilində öldürmüş olur. Bəs o zaman əxlaq nəyə söykənir? Tanrını ədalətinə görə inkar edirlər, bəs ədalət anlayışını tanrı ideyasından kənarda anlamaq mümkün deyilmi? Bu halda bizlər absurd vəziyyətdə qalmış olmuruqmu? Bu, Nitsşenin üzləşdiyi absurdluqdur. Bunun öhdəsindən gəlmək üçün Nitsşe, bu absurdluğu son həddə çatdırır: əxlaq tanrının ən sonuncu simasıdır, onu yenidən formaıaşdırmaq üçün dağıtmaq mütləqdir. Bu halda tanrı yoxdur və  onun mövcudluğu məlum deyil. İnsan mövcud olmaq üçün hərəkət etməyə başlamalıdır.
Daha əvvəl Maks Ştirner tanrı haqqında olan istənilən fikri insan zəkasından yox etmək istəmişdi.
Lakin Nitsşenin əksinə olaraq Ştirnerin nihilizmi özündənrazı bir nihilizm idi. Ştirner, küncə-divara  sıxışdırıldıqda gülür, Nitsşe isə divara sarı hücum edirdi. 1845-ci ildə “Tək və Məxsusluq” yazısının çap olunduğu zaman, Ştirner yolu təmizləmək qərarına gəlir. Karl Marksın da aid olduğu gənc solçu və hegelçilərlə “azadlar” çevrəsinə daxil olan insanın, təkcə tanrı ilə deyil, həm də “Feyerbax insanı”, “Hegel ruhu” və onun tarixi təcəssümü olan dövlətlə görüləsi hesabları mövcud idi. Ştirnerə görə bu bütlərin hamısı “monqolluq”-dan, əbədi ideyaya olan inancdan qaynaqlanırdı. Təəcüblü deyil ki, o belə qeyd edirdi: “Heç – bax bunun üzərində mən öz işimi qurdum”. Əlbəttə ki, günah “monqol əzabı”-dır, ancaq qul olan bizlər üçün qanun budur. Tanrı düşməndir. Öz inancsızlığında Ştirner bütün sərhədləri keçirdi. Lakin, tanrı yadlaşmış “mən”-imin, daha dəqiq desək, mənim mövcud olduğum formalardan yalnız biridir. Sokrat, İsa, Dekart, Hegel, bütün peyğəmbər və filosofların gördükləri iş də elə həmin “mən”- i - o “məni”-i ki, Ştirner daim Fixtenin mütləq “mən”-indən fərqləndirir - yadlaşdırmağın yeni üsullarını yaratmaq olmuşdur. “Ona veriləsi ad yoxdur”, o təkdir. Ştirner üçün İsanın dünyaya gəlməsinə kimi bütün tarixi reallığı ideallaşdırmağın çox əsrlik bir cəhdidir. Bu cəhd qədim insanlara xas təmizlik, ritual və ideyalarda öz əksini tapır. İsanın gəlişi ilə məqsədə nail olundu və əksinə, idealların reallaşdırılmasına yönələn yeni cəhdlər meydana çıxdı. Təmizlikdən sonra dünyanı kədərli qoyan təcəssümə ehtiras gəlir, hətta o dərəcədə ki, Məsihin varisi sosializm də öz gücünü genişləndirir. Universal olan, “mən”-in olduğu unikal başlanğıc tarixi, varlığın əvvəli, konkret, Tanrı, dövlət, cəmiyyət, insanlıq kimi bir-birini əvəz edən abstrakt boyunduruqları fəth edən çoxəsrlik pozuntudan başqa bir şey deyil. Ştirnerə görə filantropiya mistikadır. Zirvəsi dövlət və insan kultu olan  ateist fəlsəfə təlimi, özündə “teoloji üsyan” səciyyəsi daşıyır. Ştirner iddia edir ki “Bizim ateistlər həqiqətdə dindar adamlardır”. Faktiki olaraq, bütün tarix boyu yalnız bir kult – əbədilik kultu mövcud olmuşdur.
Ştirnerdən başlayaraq inkar, heyranedici üsyan bütün açıqlamaları dəfn edir. Bu, əxlaqi şüurun sıxışmış olduğu ilahi surroqatları kənara itələyir. Ştirner bəyan edir ki;  “Bizdən kənar axirət məhv edilib, lakin bizim içimizdəki axirət isə yeni səmamız olub”. Hətta inqilab belə ilk növbədə  bu üsyana nifrət bəsləyir. İnqilabçı olmaq üçün, əlavə olaraq, heç bir şeyə inanmıdığın kimi nəyəsə inanmaq da lazımdır. “Fransız inqilabından sonra reaksiya meydana gəldi, inqilabın məhz nədə olduğu aydınlaşdı”.  İtaətkarlıq insanlığa, tanrıya etdiyindən daha yaxşı xidmət etmir. Nəticədə, qardaşlıq “kommunistlərdə yalnız bazar günləri olur”. Həftənin digər günləri qardaşlar köləyə çevrilirlər. Ştirner üçün yalnız bir azadlıq – “mənim gücüm” və yalnız bir həqiqət  – “ulduzun parlayan eqoizmi” – vardır.

Alber Kamyu – “Başqaldıran İnsan“ əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.