KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Cek London – "Dəmir Daban" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Cek London – "Dəmir Daban" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Dəmir Daban
REYTİNQ:
  • +20
MÜƏLLİF:
DİL:
FORMAT:
Amerikalı yazıçı Cek Londonun “Dəmir Daban“ (org. İron Heel) əsəri, Marksizmin ən çılpaq şəkildə oxuna biləcəyi, olduqca axıcı və maarifləndirici bir əsərdir. Əsərdə Ernestin səylərinə baxmayaraq heç cür təşkilati birlik ola bilməyən və buna görə də üst sinfin dəmir dabanı (dəmir – fabriklərdəki dəmir texnologiyaya işarədir) altında qalaraq əzilən işçi sinfinin mübarizəsindən bəhs edilir. Dövrünün Amerikasını sərt bir şəkildə tənqid etmiş, dövlət rəsmilərinin və zəngin təbəqənin onlara qarşı müxalif olan hər kəsi necə əzdiyini, onlara qarşı səsini necə yüksəldə bilən və ən əsası səsini ətrafdaki insanlara da duyura bilənləri necə yox etdiyini sadə bir dil ilə romantik janrda oxuculara çatdırmağa çalışmışdır.
Əsər 1907-ci ildə qələmə alınmasına baxmayaraq,üstündən bir əsrdən çox vaxt keçməsə də ələ aldığı mövzu hələ də vacibliyini qoruyub saxlaya bilmişdir.
Burada müəllifin uzaqgörənliyi, onu bir yazıçıdan çox aşağı təbəqə üçün qəhrəman, hakimiyyət üçün isə bir inqilabçı kimliyinə bürüyür.
Aristokrat obrazları dəyərləndirərkən onların həqiqi iç üzü meydana çıxır. İnsan, öz vicdanının başqa şəxslər tərəfindən sorğulanmasını rədd edir. Çünki, özü də vicdanından şübhə edəcəyini bilir və bu hal ilə qarşı-qarşıya qalmağa nifrət edir. Bu vəziyyət isə mənfəət və vicdan ehtiyacını daha da alovlandırır. Xudbin və xəsis insan isə bunu içində basdırıb mənfəətini daha çox düşünür və ondan mənfəət qazanmaq üçün qoyduğu hədəflərindən uzaq düşməməyə can atır. Əlbəttə, burada içində olduğumuz cəmiyyət və hadisələr də vacib önəm kəsb edir. Ancaq, çirkli hadisələr içərisində xarakteri daha az sərtləşənlərin az da olsa xilas olmaq üçün şansları vardır: Vicdana təslim olmaq ki bunu da əsərimizin baş qəhrəmanı Ernestin həyat yoldaşı olan Avis Everhard və eyni zamnda onun atasının timsalında görürük. Müsbət istiqamətli dəyişiklik nəticəsində, Ernestin edamından sonra Avisin dilindən onun gözündə əfsanəvi, ali bir qəhrəman sayılan həyat yoldaşı haqqında bu əsəri oxuyuruq.
Hər nə qədər yuxarı sinfi tənqid etsək də, insana vurulan zərbənin onu çox yaxşı başa düşən və ona yaxın olan biri tərəfindən də, işçi sinfin nümayəndələrindən də gəlməsi mümkündür. Burada isə məcburi şəkildə mənfəət və eqolarına düşkünlükdən söhbət gedə bilər. Sahibkarlar tərəfindən ailələri təhdid olunan və işdən qovulması ilə üzləşə biləcəyini başa düşən işçilər isə fabrik daxilində baş verən xoşagəlməz hadisələri yalan ifadələrlə ailələrini keçindirmək üçün aldıqları maaşı sığortalayırlar. Bunun nəticəsində itirilən şəxsiyyət və insanlıq “şikəst ruh”-ların zaman keçdikcə daha da artdığını deyə bilərik. Yenə də kapitalist sistemi nəzərə aldığımız zaman mübahisəyə açıq, sual atəşinə tutula biləcəyimiz bir mövzudur.
Məşhur ingilis yazıçı Corc Oruelə “1984“ əsərini yazmasına qismən bu əsər də səbəb olmuşdur. Belə ki, Oruell Ernest obrazını özünün olmağı arzuladığı bir sosialist olaraq təsvir etmişdir. Distopiya (daha dəqiq pessimist utopiya) janrında qələmə alınan “1984“ romanı da oxunması vacib olan əsərlərdən biridir.

Cek Londonun Dəmir Daban əsrinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1673-jack-london-demir-okce.html