KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Corc Martin - "Buz və Odun Nəğməsi (Əjdahaların rəqsi)" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Corc Martin - "Buz və Odun Nəğməsi (Əjdahaların rəqsi)" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
"Buz və Odun Nəğməsi "
REYTİNQ:
  • +15
MÜƏLLİF:
DİL:
FORMAT:
Buz və Odun nəğməsi” (org. A Song of Ice and Fire, Book 5) seriyası, “Taxt-Tac oyunları” seriyasının müəllifi Corc Martinin (George R. R. Martin) qələmə aldığı və geniş oxucu auditoriyası tərəfindən maraqla və ən  çox oxunan seriyalardan biri hesab olunur. Seriyanın beşinci əsəri “Əjdahaların rəqsi” (org. A Dance with Dragons) adını daşıyır. İlk öncə oxucuların beyninin qarışmaması üçün onu qeyd edim ki, əsər dilimzin bəzi mənbələrində “Buz və Odun rəqsi” kimi tərcümə olunur. İlk seriyaları oxucular tərəfindən maraqla qarşılanan əsərin, bu seriyası da hər bir epicfantastik əsər oxucusunun kitab rəfində olmalı olan kitabdlardandır. Oxucular tərəfindən Corc Martinin qələmə aldığı ən yaxşı əsər “Taxt-Tac Oyunları” (əlavə olaraq maraq üçün qeyd edim ki, bəzi mənbələrdə əsərin adı “Taxt-Tac Oyunları” kimi deyil, sadəcə “Taxt Oyunları ” kimi tərcümə olunur ( org. Game of Thrones ) hesab olunsa da, müəllifin ən çox satılan əsəri məhz elə “Buz və Odun nəğməsi” əsərinin kitablarıdır. Belə ki, bu əsər kitabları ilə dünyada milyarder olmuş yeganə insan, Coan Roulingin “Harri Potter” seriyasından sonra fantastik ədəbiyyat tarixinin gəlmiş keçmiş ən yaxşı seriya nümunəsi hesab olunur. Maraq üçün qeyd edim ki, ”Taxt-Tac Oyunları”-nın parlaq siması olan Con Snou obrazı, ”Taxt-Tac Oyunları” əsərinə “Buz və Odun nəğməsi” əsərindən adaptasiya edilmişdir. The New York Times qəzeti, Con Snou obrazını, müəllifin ”ən yaxşı tapıntılarından” və və ən məşhur xarakterlərindən biri adlandırıb. Bu əsərin nəşr edilməsindən sonra Corc Martinə, The New York Times qəzeti tərəfindən “Ədəbiyyat Dərvişi” ləqəbi verilib. ”Buz və Odun nəğməsi”, mükəmməl fantaziya nümunəsi kimi keçmişə xas ana mövzusu ilə hər bir oxucuda maraq oyandıra biləcək epik fantastik janrda bir əsərdir.
Nəşr edilməsi dünya çapında maraqla qarşılanan əsər seriyasının ilk nümunəsinə film çəkilməsi ilə ən çox izlənən filmlər siyahısına daxil oldu. Seriyanın sonuncu nəşr edilən bu kitabı oxucularını yenidən fantastik bir dünyanın içinə soxur.
Buz və Odun nəğməsi” seriyasının beşinci hissəsi olan “Əjdahaların rəqsi”, iki hissədən və ümumi  olaraq min iki yüz (1200) səhifədən ibarətdir.
Yeddi Krallığın aqibəti, yenə uçurumların kənarındadır. ”Əjdahaların Tansı” əsərində də müharibə davam edir və Yeddi Krallıq, onları gözləyən taleləri ilə üzləşmək məcburiyyətində qalırlar.

Əsərdə, ədalətsizliyin və pisliyin hökm sürdüyü bir zamanda hadisələr, qanunsuzların, rahiblərin, əsgərlərin, dəri dəyişdirənlərin, asılıların və qulların böyük rol oynadığı bir səhnədə gerçəkləşməkdədir. Ən çətin olan rəqs, ”Əjdahaların rəqsi” artıq başlamışdır.
Daenerys Targaryen, toz və ölüm ilə dolu torpaqlar üzərində hakimiyyətini davam etdirməkdədir. Tyrion Lannister, yenə güclənmək məqsədi ilə axtarışa çıxaraq özünə mütəffiqlər tapmış və sonu bilinməyən sürprizlərlə dolu olan bir yola çıxmışdır. Artıq bu yoldan geriyə heç bir yol yoxdur. Soyuqların hökm sürdüyü donmuş cənub torpaqlarına hökmranlıq edən Jon Kar, sərhədə yaxınlaşan soyuq düşmənlər və içlərindəki cəsuslarla  qarşı-qarşıya qalmışdır.

Buz və Odun Nəğməsi əsərini Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1672-george-martin-ejderhalarin-dansi-buz-atesin-sarkisi.html