KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Stendal – “Qırmızı və Qara” əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Stendal – “Qırmızı və Qara” əsəri ilə tanışlıq və məzmunu

ADI:
Qırmızı və Qara
REYTİNQ:
  • +14
MÜƏLLİF:
DİL:
FORMAT:
Stendalın müəllifi olduğu “Qırmızı və Qara” əsərinin hər fəsili, məşhur insanların adından sitatlar gətirilərək başlayır. Stendal bu aforizmləri özündən yazsa da, bunları məşhur şəxslərin adından qələmə vermişdir.
Tərcümədə edilən səhv nəticəsində əsil adı “Qızılı və Qara” olan əsəri, bu gün hamımız ”Qırmız və Qara” adı ilə tanıyırıq. Bu əsəri yazarkən müəllif, öz həyatının müxtəlif dövrlərində baş verən hadisələrdən qaynaqlanmışdır. Napaleonun ordusunda da xidmət etmiş yazıçı, Moskvaya qədər gedib çıxmış və Moskvada baş verən döyüşdə sağ qalmış az saylı əsgərlərdən biri olmuşdur. Qeyd edək ki, müəllif elə əsərin baş qəhrmanı Julien kimi keşiş və ya əsgər olmaq arasında seçim etmək məcburiyyətində qalmışdır. Buradan da başa düşdüyümüz kimi, əsərin həqiqi adındaki Qızılı rəng, Napaleonun ordusunun geyiminə, qara isə keşişlərin qara geyiminə olan işarədir.
Qırmızı və Qara: Əsərimizin qəhrəmanı olan Julien Sorel, Fransa Restovrasiya zamanında sosial və siyasi mühitin təsirlərini öz təsəvvüründə canlandırır. Həm sevgi, həm ümidsizlik və özü olma səyləri, bir yandan o zamanki kütlənin, Julien kimi yoxsul və cavan sinfin nümayəndəsinin, varlı və evli bir qadına vurulmasına olan şahidliyi, əsərin əsas mövzusunu təşkil edir.
Gənc və əzimkarlığı ilə seçilən Julien obrazı, eyni zamanda fərqli və yaraşıqlı olması ilə qadınları özünə cəzb edən, sinfinə nifrət edən, sosial statusuna düşkün və bu statusunu yüksəltməyi hədəfləyən, eyni zamanda da aristokratları tanıdıqca içdən-içə onlara nifrət edən və başlarına bəla olan, hər zaman varlığını ətrafındaki insanlara göstərməyə və sosiallaşmağa səy göstərən, sevgi və ətrafda qəbul edilən biri olmaq istəməsi ilə də diqqətləri öz üzərinə çəkmişdir. Lakin yüksək keyfiyyətləri ilə yanaşı ikiüzlü və saxtakar, əxlaqsız davranışları ilə də bədii ədəbiyyatda ən unudulmaz obrazlardan birinə çevrilir. Bütün bunlarla yanaşı, Julien hədəflərinə bağlıdır. Bu yolda qarşılaşdığı səddlər, onlarla mübarizə aparması, hər dəfəsində yüksək zümrə tərəfindən aşağı sinif nümayəndəsi olduğunun xatırladılmağı və bu qəbildən olan bir sıra davranışlar, gəncliyinin də verdiyi güc və enerji ilə ona daha çox mabrizə aparmağa sürükləyirdi. Reallaşmayan arzularının altında qalmışlığı və incikliyi, içindəki ikinci bir xarakterlə olan mübarizəsi, qüruru, tərs olması, təkliyi – bütün bunlar Julieni standart xarakterli bir obraz kimi bizlərə tanıdır. Bu qədər ziddiyyətli və iztirab çəkən ruha sahib olan bir obraz, yalnız dünyanı mükəmməl şəkildə dərk edən bir yazıçının əsərində təsvir edilə bilərdi.
Əsərin əvvəlindən sonuna qədər baş verən hadisələr zamanın içərisində yoxsul və varlı sinfin nümayəndələrinin mübarizəsinə olan şahidliyi müşahidə olunur. Hətta insanın geyim stili belə onun hansı zümrədən olduğundan xəbər verə bilər. Uşaqlarına Latın dili müəllimi olaraq işə başladığı gün Madam de Renal onun geyimindən necə bir yerdən gəldiyi haqqında fikir sahibi olmuşdu.
Zaman keçdikcə Renal ilə Julien arasında eşq hekayəsinin başlanması və bunun qəsəbədə yayılması, nəticədə cəmiyyətin buna qarşı olan davranışları Julieni kədərləndirirdi. Renaldan sonra Mathilda adlı qadına aşiq olan Julienin sahib olduğu qürur və status, yolundaki  iki qadının eşqi arasında əzilməkdən qurtula bilmir. İstər sevgi, istərsə də kütlə qarşısında Julienin yaşadığı şəxsiyyətin ikiləşməsi problemi, onun ölüm səbəbidir. Sonda özünə layiq görüdüyü yeganə şey də elə yaxasını qurtara bilmədiyi ölümün özüdür.


Stendal – Qırmızı və Qara əsərinin Azərbaycan dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/454-stendal-qirmizi-v-qara.html