KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Frank McCourt -"Müəllim" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Frank McCourt -"Müəllim" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Müəllim
REYTİNQ:
  • +19
MÜƏLLİF:
DİL:
FORMAT:
Hər zaman dünya ədəbiyyatında öz dövrünə görə məşhur bestseller olan əsərləri mütaliə etdiyimiz kimi modern dünya ədəbiyyatına müraciət etməyə zaman ayırmalıyıq. Bu gün modern dünya ədəbiyyatının yeni simalarından biri ilə tanış olacayıq.
Frank McCourtun adı ilə bağlı yaxın zamanlara kimi bir çox insanın heç bir təsəvvürü yox idi. İrland əsilli olan amerikalı yazar və müəllim Frank McCourt, 1996-ci ildə nəşr etdirdiyi “Anjelanın Külləri” əsəri ilə bütün diqqətləri öz üzərinə çəkməyi bacarmışdı. Çap olunduğu ilk vaxtlarda gözlənilən uğura imza atmayan əsərin nüsxələri bukinistlərin rəflərində öz oxucularını gözləyirdi. Tənqidçilərin əsərin uğursuzluğu ilə bağlı Frank McCourtu tənqid etdiyi bir zamanda isə bu əsər gözlənilmədən bir il sonra (1997) müəllifə Pulitzer Mükafatını qazandırdı. Pulitzer Mükafatını qazanmağı ilə bir anda hər kəsin tanıdığı bir müəllifə çevrilən Frank McCourtun əsəri, oxucular tərəfindən maraqla qarşılanaraq, modern ədəbiyyatda ən çox oxunan əsərlərdən birinə çevrildi.
Frank McCourtAnjejalın Külləri“ adlı avtobioqrafik romanında öz həyatından, xüsusi ilə də uşaqlıq illərindəki xatirlələrdən bəhs etmişdi. Aradan çox zaman keçəndən sonra 2005-ci ildə nəşr etdirdiyi “Müəllim“ (Teacher Man) kitabında isə əsil peşəsi olan müəllimliklə bağlı yaşadıqlarını öz oxucuları ilə paylaşır.
Müəllim” əsərində Frank McCourt Amerikaya gəldikdən sonra müəllim olması ilə bir yerdə, başına gələn hadisələrdən söz açır. İyirmi yeddi yaşında müəllim olmağı qərara alan və bundan sonra otuz il bu peşə üzrə fəaliyyət göstərən müəllifin həyatı ilə bağlı ən xoş və kədərli xatirələrini “Müəllim“ əsərini oxumaqla tapmaq olar.
Əsərdə hadisələr müəllifin lisey təhsilindəki sınaqları və xatirələri ilə başlayır. Frank McCourtun müəllim olduğu ilk vaxtlarda fərqli üsul ilə dərs deməsi, hətta bir çox hallarda onun dərs dediyi müəssiədən qovulmasına belə gətirib çıxarmışdı.

Məktəbdəki ilk günündə özünə  hörmət etməyən və masasına sendviç qoyan şagirdə dərs vermək üçün sendviçi alıb yemişdir. Daha sonra sınaqlarında normalda Anjelanın Külləri əsərində də yer almış İrlandiyada öyrəndiyi təhsillə bağlı təcrübələrini paylaşmış və bunları istifadə edərək şagirdlərə öyrənmək üçüm fərqli metodları göstərmişdir.
Frank McCourt, müəllimlik kariyerasının müəyyən bir dövründə bir müddət İngilis dilindən də dərs demişdir. Ədəbiyyata olan düşkünlüyünə görə dərslərində George Santayana və Wilfred Owen kimi fərqli şirvə yazarlardan sitatlar gətirmişdir. Uşaqlara təhsili sevdirmək üçün Hamlet kimi oyunları da dərslərinin bir hissəsinə çevirmişdir.

Müəllim“ əsəri Frank McCourtun ilk kitabı olan “Anjelanın Külləri “ qədər böyük uğurlara imza atmasa da, xüsusi ilə peşəsini yeni yerinə yetirməyə başlayan müəllimlər üçün mükəmməl bir qaynaq  kimi qəbul edilməkdədir. Yazıçının təhsil mühitindəki fərqli metodları və təcrübələri olduqca uğurlu və yol göstərici olaraq qəbul edilməkdədir.
Frank  McCourt bu əsərində yalnızca müəllimlərin deyil, eyni zamanda oxucuların da götürə biləcəyi bir şeylər vardır. McCourtun uşaqlığını keçirdiyi İrlandiyanın yoxsul mühitindən çıxıb, Nyu-Yorkun dövlət məktəblərindən, lisey müəllimliyinə kimi başına gələn hadisələri oxumağa dəyər.