KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Stiven Hokinq - “Zamanın Qısa Tarixi” əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Stiven Hokinq - “Zamanın Qısa Tarixi” əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Zamanın Qısa Tarixi
REYTİNQ:
  • +61
MÜƏLLİF:
DİL:
FORMAT:

İngilis fiziki və kosmoloqu Stiven Uilyam Hokinq,çətin həyat sürməsinə baxmayaraq, ”Haradn gəldik?” “Kainat hansı formadadır?” kimi suallardan yola çıxaraq, araşdırdığı məslələr barədə bilikləri  bir araya toplayaraq “Zamanın Qısa Tarixi” (ing. A Brief History of Time ) əsərini qələmə aldı. 1988-ci ildə işıq üzü görən kitab, oxucuların bir çox yerlərini başa düşməkdə çətinlik çəkməsinə baxmayaraq, bir çox suallara cavab verərək kainata dair bir çox mövzunu özündə əks etdirir. Qırx dilə tərcümə olunan əsər, bu günə kimi doqquz milyondan çox nüsxə ilə satılaraq elmi ədəbiyyata öz damğasını vurmuşdur.

Kitab müəllif tərəfindən o dövrlərdə kainatın təbiəti haqqında ilkin bilikləri özümdə əks etdirməsi üçün qələmə alınmşdı. Digər tərəfdən, o gündən bu günə qədər kainat haqqında biliklər daha da inkişaf etdirilmiş, eyni zamanda kainatı izləmək üçün istifadə edilən texnologiyalarda xeyli dərəcədə irəliləyiş qeydə alınmışdır. Texnoloji inkişafı nəticəsində Hokinqin irəli sürdüyü bir çox fərziyyələr dünya alimləri tərəfindən yekdilliklə qəbul olundu. Bu fərziyyələrə eyni zamanda, Hokinqin kosmos-zaman qırışıqlığı haqqında qeyd etdiyi və Kosmik COBE peykinin də təsdiqlədiyi fərziyyələr daxildir.
Qələmə aldığı mətnlərə özünün son araşdırmalarını və son gəldiyi elmi fərziyyələri də əlavə edən Hokinq,bu əsərində eyni zamanda soxulcan dəlikləri və zamanda səyahət kimi anlayışlara da toxunmağı unutmayıb.

Əsərin çapından sonra Time qəzeti əsərlə bağlı belə bir açıqlama vermişdi;

“Cismi əlil arabasında olmasına baxmayaraq, Hokinqinn zehni kosmosun sonsuzluqlarında hər bir nöqtəyə çatmağı bacararaq, kainatın sirlərini bizə açıqlayır.” - Time

Zamanın  Qısa Tarixi : Kainatın ya əzəldən bu günə qədər dəyişməyən bir vəziyyətdə olması, ya da keçmişdə sonlu bir zaman içərisində bu gün də müşahidə edə bildiyimiz forması ilə yaranması bir çoxları tərəfindən mübahisəsiz olaraq qəbul olunur. Bunun səbəbi, qismən insanların əzəli və əbədi həqiqətlərə inanması, qismən də özlərinin qocalaraq öməsindən sonra belə, kainatın sonsuz və dəyişməz qalacağı düşüncəsində tapdıqları rahatlıq hissi ilə izah olunur.

Kainat daima var olmuş olsun, ya da olmasın, zamanın qavramının yaranmasından bü günə qədər kainat mövcuddur. Kainatın başlanğıcından əvvəl zaman qavramının heç bir mənası yoxdur. Bunu ilk dəfə Aziz Augustinus vurğulamışdır. Ona sual olunur: “Tanrı kainatı yaratmazdan əvvəlnə edirdi?” Augustinus bu suala “Bu tip suallar verən insanlar üçün cəhənnəmi yaradırdı” cavabını deyil, onun yerinə “Zamanın tanrının yartdığı kainatın bir mülkü olduğunu və kainatın başlanğıcından əvvəl zamanın da var olmadığını” cavabını verər. Bu sualın həqiqi cavabını bir çoxları metafizika və din ilə əlaqələndirməyə çalışır.

Bu gün fizikadaki ən əmmalı fəaliyyətlərdən biri və bu kitabın da ana mövzusu olan iki fərziyyəni birləşdirən yeni fərziyyə, bir Kvantum Kütlə Cazibə teoriyası istiqamətində aparılan araşdırmalardır. Çünki kainatın heçdə təsadüfi olmadığına və bəlli qanunların əsasında genişləndiyinə inanırıq.
Zamanın kainatdan tamamilə ayrı və asılı olmadığını, onunla birləşərək kosmos-zaman deyilən bir nəsnəni formalaşdırdığını qəbul edən Hokinq,bir çox açıqlamalarını şəkillər üzərində izah etmişdir.

Eynşteynin kosmos-zamanı əhatə edən Xüsusi Nisbilik Nəzəriyyəsi, Böyük Partlayış (Big Bang) ilə başlayaraq Qara Dəliklərilə sonlandığını göstərəndə yenə Stiven Hokinqdir.

Hokinq, Penrouzun Böyük Partlayışla bağlı teoremini oxumuş və öz araşdırmalarını əsaslandırmaq üçün bu teoremdən istifadə etmişdi. Nəticədə birlikdə işləməklərinin davam etməsinə bir çox etirazlar gəlsə də, ikisinin bir yerdə gəldiyi qənaətlər normal bir şəkildə qəbul olundu.

Hokinq bu gün səsini itirmiş, əlil arabasına yerləşdirilmiş yazıları səsə çevirən kompüteri vasitəsi ilə insanlarla ünsiyyət qura bilsə də, fenomen halına gələn və milyonlarla nüsxə ilə satılan bu əsəri ilə elm dünyasında da rekorda imza atmışdır.

Xüsusi ilə fizika elmi ilə yaxından maraqlananlar üçün anlaşıqlı, hətta əyləncəli olan ”Zamanın Qısa Tarixi”-də, kainatla bağlı məlumatlar, kosmos və zaman, genişlənən kainat, qara dəliklər, kainatın başlanğıcı və taleyi, zaman oxu, soxulcan dəlikləri və zamanda səyahət kimi mövzularla bərabər, axıcı və əyləncəli üslubda olan təsiredici mövzularla qarşılaşmaq mümkündür.

Sonda onu da qeyd edim ki, 2014-cü ildə Stiven Hokinqin həyatını əks etdirən “The Theory of Everything” filmi işıq üzü görmüşdür.


Əsərin Türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/870-stephen-william-hawking-zamanin-kisa-tarihi.html
Zero
Zero
  • 6
Bu kitab Azerbaycan dilinde yoxdur yuklemek ucun?
  • 15 mart 2018 02:27
  • Status:
Həsən Həsənov
Zero,
İsteyirəm
  • 14 avqust 2020 20:48
  • Status: İstidafəçi xətdə deyil