» » » Мixail Lermontov - Zəmanəmizin qəhrəmanı


Şeçilmişlər Мixail Lermontov - Zəmanəmizin qəhrəmanı

Мixail Lermontov - Zəmanəmizin qəhrəmanı PDF
ADI:
Zəmanəmizin qəhrəmanı
REYTİNQ:
  • +12
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.39 MB
Hər bir kitabda müqəddimə birinci və eyni zamanda sonuncu şeydir; bu, yaəsərin məqsədini izah etmək, ya da tənqidlərə qarşı bəraət qazanmaq və cavabvermək xidmətini görür. Lakin, çox zaman oxucular əxlaqi qayəyə və jurnalhücumlarına biganə olduqlarından, müqəddimələri oxumurlar. Təəssüf olsun ki,bu iş, xüsusilə bizdə belədir. Camaatımız hələ o qədər gənc və sadədildir ki, birtəmsilin sonunda əxlaqi nəticə görmədikdə, onun mənasını anlamır.Camaatımız zarafatı sezmir, kinayəni duymur; bir sözlə desək o, yaxşı tərbiyəedilməmişdir. Camaatımız hələ ləyaqətli bir cəmiyyətdə və ləyaqətli bir kitabdaaçıqdan-açığa söyüşə yer verilməyəcəyini, hal-hazırda ziyalıların daha iti vədemək olar ki, gözə görünməyən, bununla belə müdhiş bir alət ixtira etdiyini,bu alətin göyçək, ürəyəyatan sözlər altında amansız zərbələr endirdiyini bilmir.Camaatımız, bir-birinə düşmən iki saraya mənsub diplomat arasında gedəndanışığa qulaq asaraq, onların bir-birinə bəslədikləri qarşılıqlı dostluq xatirinəhər birinin öz hökümətini aldatdıqlarına inan əyalət adamına bənzəyir.Bu kitab hələ bu yaxınlarda, bəzi oxucuların və hətta jurnalların sözün tammənasında uğursuz etimadını qazandı. Bəziləri Zəmanəmizin Qəhrəmanı kimiəxlaqsız bir adamın onlar üçün örnək şəklində göstərilməsindən, doğrudan da,çox incidilər; bəziləri isə çox incə şəkildə qeyd etdilər ki, yazıçı özünün və öztanışlarının portretini çəkmişdir. Nə qədər köhnə və miskin bir zarafat! Nəetməli, görünür, Rusiya elə yaradılmışdır ki, belə mənasız şeylərdən başqa ondahər şey yeniləşir. Bizim əfsanəvi nağılların ən füsunkarının belə şəxsiyyətitəhqirə qəsd etmək töhmətindən yaxasını qurtara biləcəyi çətin işdir.