KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Andy Weir Marslı (The Martian) -məzmun


Şeçilmişlər Andy Weir Marslı (The Martian) -məzmun

ADI:
Marslı (The Martian)
REYTİNQ:
  • +18
MÜƏLLİF:
DİL:
FORMAT:

Güman ki, bir çoxlarınız Ridley Scottun rejissorluğu ilə 2015-ci ildə ekranlara çıxan və izlənmə rekordu qırmış “Marslı“ (The Martian) filmini izləmisiniz.Film Mars planetində yalnız qalmış qəhrəman – kosmonavt Mark Whatneyin həyatda sağ qalmaq üçün yaşam mübarizəsindən bəhs edir. Bəs bu filmin eyni adlı elmi-fantastik əsərin motivləri əsasında ekranlaşdırdığını bilirdinizmi? Amerikalı qələm sahibi Andy Weirə (Andrew T. Weir) dünyaca məhşurluq gətirən Marslı əsərini müəllif 2009-ci ildən başlayaraq qələmə almağa başlamışdır. Kitabın mümkün qədər reallığa uyğun olması üçün müəllif Mars planetinin geoloji quruluşu haqda məlumatlar toplamış,mexaniklərdən məlumatlar almış,eyni zamanda da botaniklik haqda araşdırmalar aparmışdır. Kitabı tamamladıqdan sonra müəllif daha öncə paylaşdığı əsərləri kimi bu əsərini öz saytında dərc etmişdir. Bəzi oxucuların istəyi ilə müəllif əsəri 2012-ci ildə e-kitap formatında Amazon saytında 99 centdən satışa çıxardı və çox keçmədən Amazonun ən çox satılan elmi-fantastik əsərlərinin siyahısına daxil oldu. Kitab 3 ay ərzində  35 min nüsxəylə çap olundu. Weir daha sonra əsərin çap hüququnu Crown Publishing-ə satdı. Kitab The New York Times-in ən çox satanlar siyahısında birinci pilləyə qədər yüksələ bildi. Bundan başqa Goodreads oxucuları tərəfindən 2014-cü ilin ən yaxşı elmi-fantastik əsəri seçildi. Kitabın film haqları 20th Fox Century şirkəti tərəfindən alınaraq  rejissor Ridley Scott tərəfindən “The Martian” adıyla ekranlaşdırıldı və 2015-ci ildə izləyicilərə təqdim olundu.

Marslı əsəri son zamanların ən çox bəhs edilən kitabalrından biridir. Müəllif gənc yaşlarından qələm tutmağa başlasa da ilk uğurunu bu əsərlə qazandı. NASA-nın Mars planeti barədə olan yeni planları onun bu işə marağını daha da artırmış oldu. Bu tip bir roman daha çox texniki biliklər tələb edirdi, lakin bu Weirə o dərəcədə də maneəçilik törətmədi. Gənc yazar vaxt itirmədən araşdırmalara başladı. Nəticədə ortaya möhtəşəm bir əsər çıxdı. Kitabın oxuculara bu qədər təsir etməsinin bir səbəbi də əsərdə qəhrəmanın başına gələn hadisələrin elmi əsasının olmasıdır.

Marslı Əsərdə Mars planetində yalnız qalan qəhrəman – kosmonavt Mark Whatneyin qurtuluş hekayəsindən bəhs olunur. NASA məqsədində uğur qazanmış və Mars planetinə insan göndərməyə başlamışdır. Marsa son olaraq göndərilən 6 kişilik ekipaj Marsda toz fırtınasına düşərək geri qyıtmağa məcbur olurlar. Lakin bu sırada küləyin təsirindən Mark Whatneyə dəmir ötürücü dəyir və onu kənara atır.Bundan sonra fırtınada Markı tapa bilməyən ekipaj üzvləri onun öldüyünü təxmin edərək Marsı tərk edirlər.

Mark Whatney uzun müddətdən sonra özünə gələrək Marsda yalnız qaldığını başa düşür. Fırtınanın onu yarası üzərinə Marsın səthinə düşürməsi nəticəsində qanının laxtalanması daha sonra kiçik tibbi yardımdan sonra onun sağ qalmasını təmin edir. Lakin əsl sınaq və təhlükə hələ indi başlayırdı.Çünki Marsda yalnız qalmışdı və məhdud sayda yemək ehtiyyatı vardır.Bundan əlavə ötürcü fırtına zamanı qırılaraq Marka dəydiyindən NASA ilə əlaqə yaratmaq şansının üzərindən xətt çəkirdi. Bir sonrakı Mars ekipajının isə Marsa çatması 4 ildən sonra gerçəkləşəcəkdi. Bununla belə Mark özü xaricində tək bir canlının belə mövcud olmadığı qırmızı planetdə sağ qalmaq uğrunda mübarizə aparmalıdır. Mark gündəlik yemək rasionunu azlatsa da hesablamalarına görə yenə də bu qədər yemək ehtiyyatı ilə 4 il müddət ərzində sağ qalması mümkünsüz kimi görünürdü. Lakin onun botanik olması köməyinə çatır. Marsdan torpaq toplayaraq orada kartof yetişdirməyə başlayır. Su ehtiyyatı da az olduğundan Qəhrəman karbon dioksiddən istifadə edərək su verən cihaz hazırlayır.Beləcə su etiyyatı problemini də həll etmiş olur. Buna baxmayaraq mütləq bir yol taparaq NASA ilə əlaqə qurmalıdır. Bunun üçün isə tək bir yol var; 4 il öncə Marsa göndərilən və ondan kilometrlərlə uzaqda olan, eyni zamanda fırtınadan sonra cihazı tapmalı və təmir etməlidir. Lakin Mark NASA-da çalışan mütəxəssislər peyklərin çəkdiyi şəkillər vasitəsilə Markın sağ qaldığını öyrənmiş və xilas planının hazırlamasından xəbərsizdir. Mark Mars roveri ilə kilometrlərlə uzaqda olan cihazı tapmaq üçün Marsda səyahətə çıxır. Roverin enerji ehtiyyatını təmin etmək üçün isə tez-tez səyahətinə fasilələr verərək günəş batareyalarından istifadə edir.Cihazı taparaq təmir etdikdən sonra NASA ilə əlaqə qurmağa müvəffəq olur. NASA-da çalışan mütəxəssislər Marka xilas planından bəhs edir.

Hər iki tərəf də planın həyata keçirilməi üçün hərəkətə keçir. Plana əsasən Mark Whatney bir sonraki Mars ekipajının eniş nöqtəsinə getməlidir. Lakin bu plan çox təhlükəli olduğundan elə plan olaraq da qalır. Bundan sonra NASA Markı xilas etmək üçün yeni çıxış yolları axtarmağa başlayır. Yeni plana əsasən Markın ekipaj üzvlərinin Yerin cazibə qüvvəsindən istifadə edərək Marsa dönmələri gərəkir. Lakin Marsa Eniş Cihazı sıradan çıxdığından eyni anda Markın da Marsıdan Qalxma Cihazı vasitəsilə Marsı tərk etməsi mütləqdir. NASA ya bu təhlükəli planı həyata keçirərək 6 kişinin həyatını təhlükə altına atmalı, ya da bir kosmonavtı ölümə tərk etməlidir.

Əgər elmi –fantastik janrda əsərlər oxumağı sevirsinizsə və özəlliklə Kosmosa qarşı xüsusi marağınız varsa Marslı əsəri mütaliəniz üçün həqiqətən möhtəşəm əsərdir. Bizə tanış olmayan elmi terminlər əsərin oxunmasını və başa düşülməsini çətinləşdirsə də, gerçəklik hissinin insansa aşılanması səbəbi ilə mütailə zamanı siz də özünüzü Mark Marsda həyat uğrunda mübarizə apararkən özünüzü sanki siz də Marsda onunla bərabərmişsiniz kimi hiss edəcəksiniz. Markın başına gələnlər və onların öhdəsindən gələrək həyatda qalma uğrunda mübarizə aparması həqiqətən oxumağa dəyər. Bundan başqa əsərdə kifayət qədər komedik hadisələrin baş verməsini qeyd etsəm səhv etmiş olmaram.


Kitabı türk dilində oxumaq istəyənlər aşağıdakı e-keçiddən epub formatında yükləyə bilərlər.
http://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1604-andy-weir-marsli.html