» » » SOYQIRIM CİNAYƏTİ


Şeçilmişlər SOYQIRIM CİNAYƏTİ

SOYQIRIM CİNAYƏTİ PDF
ADI:
SOYQIRIM CİNAYƏTİ
REYTİNQ:
  • +7
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
550 KB
Ermənilərin Azərbaycanlılara qarşı onilliklər boyu davam edən soyqırımının ən dəhşətli hadisəsi Xocalı faciəsidir. Soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş digər bəşəri cinayətlər kimi, 26 fevral 1992-ci ildə baş vermiş bu hadisənin acı nəticələrini xalqımız heç zaman unutmayacaq. Hər bir soydaşımız Azərbaycanlılara qarşı soyqırımın tərkib hissəsi olan Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz səyini əsirgəməməlidir. Soyqırım – siyasi olmaqla yanaşı, həm də hüquqi bir məsələdir. «AZE Konsaltinq Qrup» və Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi də soyqırımın hüquqi aspektlərinin ictimaiyyətə çatdırılması, həmçinin, Xocalı faciəsinin, bütünlükdə azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımın beynəlxalq aləmə tanıdılmasında hüquqi əsaslandırmanı təmin etmək məqsədilə bu kitabın nəşrini məqsədəuyğun hesab etmişdir. Bu nəşrdə soyqırıma dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar, beynəlxalq ictimaiyyətə müraciətlər və digər sənədlər toplanmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.