» » » Şarl de Koster - Ulenşpigel ve Lamme Qudzak əfsanəsi


Şeçilmişlər Şarl de Koster - Ulenşpigel ve Lamme Qudzak əfsanəsi

Şarl de Koster - Ulenşpigel ve Lamme Qudzak əfsanəsi PDF
ADI:
Ulenşpigel ve Lamme Qudzak əfsanəsi
REYTİNQ:
  • +4
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2005
ÖLÇÜSÜ:
1.37 MB
Yeni dövr Belçika milli ədəbiyyatının banisi sayılan Şarl de Koster öz yaradıcılığı ilə ədəbiyyata demokratik ideyalar gətirmişdir. Əslən flamanq olan, özü də fransız dilində yazıb-yaradan görkəmli sənətkar bütün yaradıcılığı boyu zəngin folklordan istifadə etmişdir. Yazıçının təqdim olunan "Ulenşpigel və Lamme Qudzak əfsanəsi" Avropa xalqlarının bir çoxunun folklorunda rast gəlinən xalq yaradıcılığı motivləri əsasında qələmə alınmış bir romandır.
Belçika Avropanın “kiçik ölkə”lərindən biri olmasına baxmayaraq, bu ölkə dünya ədəbiyyatı və mədəniyyəti tarixinə bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bəxş etmişdir. Hələ Orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir. İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin lap əvvəllərində yaranmağa başlamışdır. XIII-XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır. Müəllifi məlum olmayan “Okassen və Niko-let” dastanı da məhz bu dövrdə Belçikada yazılmışdır. Bunlardan başqa, qədim Flandriyada zəngin şifahi xalq ədəbiyyatı ilə yanaşı, cəngavərlik və şəhər ədəbiyyatının bir sıra nümunələri yaranmışdır. Belə ki, bu dövrdə burada fabliolar (yumoristik xalq hekayələri), xalq nəğmələri və povestləri, eləcə də cəngavərlik romanları yaranmışdır. J. de Konde və V. de Kuven bu dövrün məşhur şairləri olmuş, menestrellər yazmışlar. “Tülkünün tacqoyma mərasimi” anonim satirik-alleqorik əsəri xüsusilə diqqətəlayiqdir. Bundan başqa Orta əsrlər flamand ədəbiyyatında J.Fruassarın “Flandriyanın xronikası” yaranmış, novella janrı inkişaf etmişdir. A. de lya Sal “Yüz yeni novella” əsərini, J.Şatlen isə siyasi və vətənpərvərlik şerlərini yazmışlar. Onu da qeyd etmək lazımdır ki, hələ lap qədim dövrlərdən başlayaraq Belçikada bədii ədəbiyyat, əsasən fransız və flamand dillərində yaranmışdır.