KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Uilyam Folkner Roman və Hekayələr


Şeçilmişlər Uilyam Folkner Roman və Hekayələr

Uilyam Folkner Roman və Hekayələr PDF
ADI:
Avqust işığı
REYTİNQ:
  • +13
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
4.03 MB
Kitaba yazıçının Avqust işığı romanı, İki əsgər, Quraq sentyabr, Emili üçün qızılgül, O gün şər qarşısında hekayələri, U. Folknerin Nobel nitqi, Cin Staynla müsahibə və Folkner Virciniya Universitetində nitq və müsahibələri daxil edilmişdir.
Azərbaycanın cənubu-özünün bütün iztirablı,faciəvi və dəlisov gözəllikləri ilə."Avqust işığı" romanında təhlükəli və məhvedici ehtiraslar coşur, qorxulu ailə sirləri qorunub saxlanır,rasizm və qəddarlıq baş alıb gedir,sevgi vənifrət isə özünü sözün əsl mənasında gözəl ölçülərə çatdırır.
Folknerin bu cür gec, çətin qavranılmasının başlıca səbəbi onun hər cür standartlardan,hamı tərəfindən qəbul edilmiş stilistik priyomlardan uzaq, ilk baxışdan qarma-qarışıq formatəsiri bağışlayan orijinal təhkiyə üslubunun mürəkkəbliyidir. Bu üslub ilk dövrlərdə o qədər yenivə anlaşılmaz görünmüşdür ki, onun bir əsərini üç dəfə oxuduqdan sonra belə başa düşmədiyinibildirən oxuculara yazıçı onu dördüncü dəfə oxumağı məsləhət görmək məcburiyyətindəqalmışdır. Bir çox söhbətlərində və müsahibələrində Folkner hazırlıqsız oxucunu matvəziyyətində qoyan bədii metodu və üslubunu izah etməyə çalışmışdır. Bir dəfə Yaponiyadayazıçıdan onun bu mürəkkəb üslubunun, nəsr sahəsində cürbəcür yeni formalar axtarışı 10istiqamətində düşünülmüş səylərin nəticəsimi, yoxsa təbii şəkildə meydana çıxan, bu səbəbdəndə yazıçının ondan heç cür qaça bilmədiyi bir şeymi olduğunu soruşanda o, belə cavabvermişdir: “Mən deyərdim ki, üslub zərurətin, qaçılmaz tələbatın nəticəsidir… Ġnsan bilir ki,əbədi yaşaya bilməz, həyat çox qısadır. Bununla belə, onun qəlbi, ürəyi hansısa ümumbəşəri birhəqiqəti ifadə etmək, bildirmək arzusu ilə alışıb-yanır. Doğrudur, o, ona ayrılan ömrün qısalığınıda daim dərk edir. Mənim timsalımda da hər şeyi bir cümləyə sığışdırmaq cəhdini məhz bu izahedə bilər, çünki ola bilsin ki, ikinci cümləni yazmaq imkanı bir də ələ düşməsin”.
Folkner yaradıcılığı ilə ilk dəfə geniş şəkildə bu kitab vasitəsilə tanış olacaqAzərbaycan oxucusu da yazıçının orijinal üslub və ifadə tərzini, həmçinin qrammatikeksperimentlərini (bəzi hallarda, xüsusilə də düşüncənin alt qatlarında baş verən proseslərigöstərən kursivlərdə durğu işarələrindən və baş hərflərdən imtina etməsini) anlamaqda, qəbuletməkdə, ola bilsin ki, müəyyən çətinlik çəksin. Biz onlara yalnız səbirli olmağı, hər bir əsərisonadək və diqqətlə oxumağı tövsiyə edə bilərik.