KitabYurdu » Kitab » Dini » Gənc ailələr üçün göstərişlər


Şeçilmişlər Gənc ailələr üçün göstərişlər

Gənc ailələr üçün göstərişlər PDF
ADI:
Gənc ailələr üçün göstərişlər
REYTİNQ:
  • +27
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
440 KB
Hazırda sənaye ölkələrinin böhrana ən çox mə`ruz qalmış ictimai dayağı ailədir. Başqa sözlə, son bir neçə əsrdə düşüncə, əxlaq, mədəniyyətlə bağlı dəyişikliklər daha geniş şəkildə ailə fəzasında müşahidə olunur. Müasir insanın ruhiyyəsini qərb ailəsinin timsalında əhatəli şəkildə görmək mümkündür. Qərb dünyasındakı ictimai proseslərin incəlikləri ilə tanış olanlar gözəl bilirlər ki, həmin qitədəki ailə dağıntıları bir çox həllolunmaz problemlər yaratmışdır. Məşhur Amerika nəzəriyyəçisi Elvin Tafler mövcud böhranların yaranmasında ailə dağıntılarının rolu ilə bağlı belə deyir: "Bu gün bəşəriyyət növbəti dəfə hiss edir ki, onun şəxsiyyəti divara çırpılmış yumurtanın qabığı tək xırdalanmışdır. Amma keçmişdəkindən fərqli olaraq hazırkı günahı doğuran iqtisadi amillər yox, ailə dağıntılarıdır."1 Amma bizim cəmiyyətimizdə vəziyyət bir başqa cürdür. Nisbi də olsa, cəmiyyətimizdəki əxlaqi sağlamlıq ailə əsaslarının möhkəmliyinə və davamlılığına səbəb olmuşdur. Digər ölkələr, xüsusi ilə inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə boşanma faizi çox-çox aşağıdır. Bu rəqəm İslam hakimiyyəti dövründə əhəmiyyətli dərəcədə aşağı düşmüş, boşanma 20 faizdən 7 faizə enmişdir. Bu proses elə bir zamanda baş verir ki, sənaye ölkələrində boşanma sayı, eləcə də, ailənin davam müddəti heyrətamiz sür`ətlə dəyişir.
Məsələn, İsveçdə ailənin orta davam müddəti cəmi altı aydır!ç2 Ümumiyyətlə ailə qurmayanlar bə`zi qərb ölkələrində əhalinin 48 faizindən çoxunu təşkil edir. Müsəlman ölkəsində vəziyyət necədir? Müsəlman qadınların 99 faizindən çoxu ailə qurmaq istəyindədir. Qalan bir faiz isə ailə qurmaq gücündə olmayan əlil, xəstə qadınlardan ibarətdir. Amma məsələn, İrlandiyada qadınların yalnız 54 faizi ərə getmək barədə düşünür. Uyğun sahədə rəqəmlər arasındakı nəzərəçarpan fərqin səbəbini öncə İslam cəmiyyəti ilə qərb cəmiyyətindəki e`tiqadi və əxlaqi durumda axtarmaq lazımdır. Qərb cəmiyyətində əxlaqi dəyərlərin aradan götürülməsi və bu ölkələrdə e`tiqadi şəxsiyyətin əldən çıxarılması bir çox problemlər yaratmış, o cümlədən, ailə əsaslarını sarsıtmışdır. Bütün bu çətinliklər, bə`zi qərb mütəfəkkirlərinin nəzərincə, müasir qərb mədəniyyətinin tənəzzülündən danışır. Qadınla kişi arası münasibətlərin azad buraxıldığı, tənzimlənmədiyi cəmiyyətlərdə, şübhəsiz ki, ailə təşkili və izdivac məhvə məhkumdur. Eləcə də, ailə əsasları böhran keçirən bir cəmiyyət gec-tez süqut edəsidir. Ailə qurmaq qərbli gənc üçün məhdudiyyətlərin başlanğıcıdır. Bu səbəbdən də o, ailə həyatından qaçır. Hətta ailə qurmuş qərbli də daim bu zindandan necə qurtulmaq barədə düşünür. Bizim cəmiyyətimizdə isə, xüsusilə sağlam əxlaqa malik əksəriyyət arasında evlənmə məhdudiyyətlərin başlanğıcı yox, sonu sayılır. Ailə təşkilini şirin bir arzu, qızıl yuxu bilən müsəlman bir gənc üçün izdivac-evlənmə intizar, həsrət dövrünün başa çatmasdır. O öz həyat yoldaşını zindanban, nəzarətçi yox, xoşbəxtlik qaynağı bilir.3 Bəli, ailə təməli cəmiyyətimizdə böyük dəyərə malikdir. Cəmiyyətimizi cilovunu qırmış qərb cəmiyyətindən fərqləndirən bu xüsusiyyət çox mühüm bir imtiyaz, üstünlükdür. Ona görə də bu müqəddəs təməlin möhkəmləndirilməsində əvvəlkindən də artıq çalışmalıyıq. Bir çox digər problemlərin əsas səbəblərindən olan ailə ocağındakı soyuqluğun qarşısı alınmalıdır.
Mirzeyev Royal
Halal edin iki goturdum

  • 13 yanvar 2022 17:20
  • Status: