KitabYurdu » Kitab » İnformasiya Texnologiyaları » ZABİL İBAYEV Z-JAVA


Şeçilmişlər ZABİL İBAYEV Z-JAVA

ZABİL İBAYEV Z-JAVA PDF
ADI:
Z-JAVA
REYTİNQ:
  • +13
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
2 MB
İlk olaraq onu bildirmək istəyirəm ki, kitab professional proqramçılar üçün deyil həvəskarlar üçün nəzərdə tutulub. Çünki özüm professional proqramçı deyiləm.
Azərbaycan dilində Java proqramlaşdırma dili üzrə ədəbiyyatın olmaması və ya mövcud kitabların yetərincə mənə aydın yazılmadığını nəzərə alıb digər həvəskarlarında belə çətinliklə üzləşəcəyini düşünüb proqramlaşdırmada əldə edəcəyim təcrübəmi bu kitabda toplayıb sizinlə bölüşürəm.
Yaradılmış proqramlaşdırma dillərinin ingilis dilli olması bizi eyni zamanda ingilis dilini müəyyən səviyyədə öyrənməyə məcbur edir. İngilis dilində zəif bilən və ya yeni başlayanlara kömək olsun deyə bəzi terminlərin oxunuşunu yanında yazıram. Professional proqramist dostlarım təcrübələrinə əsaslanaraq proqramlaşdırmada yüksək nəticə əldə etmək üçün ingilis dili biliyinin vacib olduğunu deyirlər. Sərbəst şəkildə çalışacağınız zaman qarşınıza çıxan problemlərə həlləri nə bu kitab nə də başqası internet üzərindəki material qədər sizi qane edə bilməz. İnternetdə axtarışda daha dəqiq nəticə əldə etmək üçün isə ingilis dili bilmək vacibdir. Daha bir əmma var əməliyyat sistemi olaraq Windows OS 8.1, Java-da yaza bilmək üçün NetBeans proqramını ingilis dilində işlədirəm. Əgər heç bir ingiliscə biliyiniz yoxdursa belə narahat olmayın bu kitabdan yenə də nə isə öyrənə bilərik.
Əvvəlki eksperimetlərimi də kompüter şəbəkələrini öyrəndiyim zaman Zİ-N Kompüter şəbəkələri və Çatışmayan biliklər kimi kitablarımda bölüşmüşəm. Zİ-N Kompüter şəbəkələri kitabında da göstərildiyi kimi mənim tərəfimdən yazılan kitabların müəllifi göstərilməklə çap və satışdan gəlir əldə edilə bilər. Məncə bilik pulsuz paylaşılmalıdır.