KitabYurdu » Kitab » Dərslik » Materiallar müqaviməti


Şeçilmişlər Materiallar müqaviməti

Materiallar müqaviməti PDF
ADI:
Materiallar müqaviməti
REYTİNQ:
  • 0
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2025
ÖLÇÜSÜ:
3.3 mb

Dərs vəsaiti bakalavriat təhsil səviyyəsinin “Maşın mühəndisliyi”, “Texnologiya müəllimliyi”, “Materiallar mühəndisliyi”, “Mexanika mühəndisliyi” və s. kimi ixtisaslarda tədris olunan “Materiallar müqaviməti” və “Deformasiya olunan bərk cisimlər mexanikası” fənlərindən ali məktəb tələbələrinə kömək məqsədilə yazılmışdır. Dərs vəsaitindən ali məktəb tələbələri, kollec, litsey, peşə məktəblərinin müəllimləri və tələbələri də istifadə edə bilər. Dərs vəsaiti geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Materiallar müqaviməti konstruksiya hissələrinin möhkəmlik, dayanıqlıq və sərtlik problemlərini öyrənən elmdir. Materiallar müqaviməti ümumi mexanikanın bir bölməsi olan deformasiya olunan bərk cisim mexanikasına daxildir. Materialların müqavimətinin əsas prinsipləri nəzəri mexanikanın və statikanın qanunlarına əsaslanır. Bununla belə, cisimləri tamamilə möhkəm hesab edən nəzəri mexanikadan fərqli olaraq, materialların müqaviməti xarici qüvvələrin təsiri altında cismin forma və ölçüsünün dəyişməsini, yəni deformasiyanı nəzərə alır. Materiallar müqaviməti fənni bakalavriat təhsil səviyyəsinin “Mexanika mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “Maşın mühəndisliyi” və s. kimi ixtisaslarında tədris edilir. Göstərilən ixtisaslar üzrə konstruksiya hissələrinin möhkəmlik, dayanıqlıq, yorulma və rəqs hərəkət problemlərinin praktiki olaraq, laboratoriya şəraitində tədqiq edilməsi çox əhəmiyyətlidir. Bu məqsələ dərs vəsaitində qeyd olunan problemləri eksperimental yolla araşdırmaq üçün materiallar verilmişdir. Dərs vəsaiti yeddi fəsildən ibarətdir. Birinci fəsil dartılma və sıxılma deformasiya formalarında millərin davranışının araşdırılmasına həsr edilib. Burada dartılma müqaviməti və deformasiya, dartılmada gərginlik deformasiya diaqramı, dartma və sıxma sınaq cihazının quruluşu və iş prinsipi, sıxılma müqaviməti, materialların sıxılma sınaqlarının aparılması qaydaları verilib. İkinci fəsildə əyilmə və burulma deformasiya formaları haqqında ətraflı məlumat verilmişdir. Bu fəsildə əyilmə və burulma haqqında, əyilmə və burulma sınaqlarının aparılması metodikası, sınaq avadanlığı, xarici qüvvələrdən və milin en kəsik ölçülərindən asılı olaraq əyintinin ekspermental yol ilə tapılması metodikası göstərilmişdir. Üçüncü fəsil sıxıcı qüvvənin təsiri ilə millərin boyunaəyilməsi mövzusuna həsr edilmişdir. Burada boyuna əyilmənin nəzəri əsasları, Eyler düsturunun tətbiq sahələri, milin əyilməsinə təsir edən faktorlar, boyuna əyilmə sınaqlarının aparılma metodikası və sınaq avadanlıqları haqqında məlumat verilmişdir. Dördüncü fəsil konstruksiya hissələrinin yorulma problemlərinə həsr edilmişdir. Burada yorulma haqqında anlayış, yorulmanın əsas prinsipləri, gərginlik, tsikl sayı diaqramının qurulması, yorulma sınaq cihazı və yorulma sınaqlarının aparılması, eksperiment nəticələrinin qiymətlən haqqında məlumat verilmişdir. Beşinci fəsildə mil üzərinə yüklərin zərbə ilə təsiri probleminə baxılmışdır. Burada zərbə yüklərinin təsirindən yaranan qırılma növləri, deformasiya sürətinin qırılmaya təsiri, qırılmış səthin qiymətləndirilməsi, qanovlu nümunənin zərbə müqaviməti və temperatur əyrisinin qurulması və zərbə sınaqları üzrə eksperimentlərin aparılması metodikası göstərilmişdir.