KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Sabahattin Ali - "Kuyucaklı Yusuf" əsəri ilə tanışlıq və məzmunu


Şeçilmişlər Sabahattin Ali - "Kuyucaklı Yusuf" əsəri ilə tanışlıq və məzmunu

ADI:
Kuyucaklı Yusif
REYTİNQ:
  • +7
MÜƏLLİF:
DİL:
FORMAT:
“Bu mənasız və yad həyatda bir tək şeyə həqiqətən bağlanmış, həqiqətən inanır kimi olmuşdu. Bu da həyat yoldaşı idi. Muazzezin varlığı Yusif üçün böyük boşluqları doldurmasa da, lakin onun yoxluğu möhtəşəm idi. Bu qədər səbəbsiz yerə və bu qədər insafsızca Yusifin həyatından qoparılması, adamı dəli edəcək bir dərd idi. Həyatda əsil axtardığı şeyin Muazzez olmadığını bilirdi, lakin Muazzez olmadan bunu axtarmağa qadir olmadığını hesab edirdi.”
Türk ədəbiyyatının ən çox oxunan yazıçılarından biri Sabahattin Alinin ilk romanı olan “Kuyucaklı Yusif”, 1931-ci ildən qələmə alınmağa başlansa da, yalnız 1937-ci ildə ildə nəşr olunmuşdur.
Sabahattin Alinin ilk olaraq 1932-ci ildə “Konya Yeni Anadolu” qəzetində qısa bir əsəri əks olunsa da, yaranmış anlaşılmazlıq səbəbi ilə davamını “Tan” qəzetində nəşr etdirdi. Daha sonra kitab halına gətirilən əsər, 1937-ci ildə oxuculara təqdim edildi.

Kuyucaklı Yusif“ əsərində Yusif ilə  Muazzezin eşq hekayəsi əks olunub. Əsər Yusifin uşaqlıq dövründən, 1903-cü ildən başlayır. Anası və atası öldürülən Yusif, hələ doqquz yaşında ikən yetim qalır və Səlahəddin adlı biri tərəfindən övladlığa götürülür. Yeni ana və atasının problemli ailə həyatları səbəbi ilə heç zaman ana və ata sevgisini öz üzərində hiss etmir.


19 yaşında isə Yusifin həyatı tamamən dəyişir.Muazzez adlı bir qıza aşiq olur və bununla da başına hər cür bəla gəlir.Muazzezə aşiq olması ilə qəsəbənin nüfuzlu şəxslərindən biri  olan Hilmi bəyin oğlu Şakirin qəzəbinə səbəb olan Yusif, bir anda hədəf obyektinə çevrilir.
Şakir bu hirslə bir müddət sonra Kübra adında bir qıza təcavüz edərək, atasının adından istifadə edib bu günahı Yusifin üstünə atmağı planlayır. Lakin, Yusifin sudan quru çıxması nəticəsində Şakirin hirsi daha da artmağa başlamasına və yeni intiqam yolları axtarmasına səbəb olur.
Şakir, bundan sonra Yusifin aşiq olduğu Muazzezi hədəf seçir və onunla evlənməyin yollarını axtarır. Şakirin atası Hilmi bəy, Muazzezin atasını borclandıraraq, ondan qarşılığında qızı Muazzezi oğlu Şakir ilə evləndirmək istəyir. Lakin, Yusif yenə işin içinə girərək dostu Əlidən aldığı borc pullar ilə Muazzezin atasının borclarını bağlayır. Lakin, Muazzez bu dəfə də borcu ödəyən Əli ilə evlənmək məcburiyyətində qalır. Muazzez, Yusifə aşiq olduğuna görə Əli ilə evlənmək istəmir, lakin borc səbəbi ilə əlindən bir şey gəlmir. Lakin, Şakir hamının içində Əlini vuraraq öldürür. Atasının pulundan istifadə edərək də cinayəti ört-basdır edir və şahidlərin danışmağına maneə törədir.

Şakirin Muzzez ilə evlənmək üçün etdiklərin görən Yusif, ondan qurtula bilməyəcəyini başa düşəndə Muazzezi qaçıraraq onunla evlənir. Bununla razılaşa bilməyən şakir, cütlüyün həyatlarını qaraltmaq istəyində israrlıdır. Dövlət işində işə başlayan Yusif, öz pulunu qazanmağa başlayır. Lakin Muazzezin atasının ölməsi ilə cütlüyün həyatları ağırlaşır. Onlara dəstək olan yeganə şəxs artıq həyatda yox idi. Yusifin işlədiyi müəssisəyə yeni təyin olunan müdir isə Hilmi bəyin pulunun oyuncağı olan zaman, Yusif öz işini itirmək təhlükəsi ilə üz-üzə qalır. Şakirin planlarının nəticəsində Muazzez varlıların həyat tərzləri ilə tanış olur və alkoqol asılısına çevrilir. Bu vəziyyətdən heç də razı olmayan Yusif özünü itirir və silahını alaraq Muazzezi vurmaq məcburiyyətində qalır. Bu hərəkətindən peşiman olan Yusif, Muazzezi də götürərək dağa qaçır. Lakin artıq hər şey gec idi, Muazzez dünyasını dəyişmişdi.
Sabahattin Ali, əslində “Kuyucaklı Yusif” əsərini seriya halına gətirməyi düşünürdü. Lakin, dünyasını dəyişməsinə görə bu istəyi reallaşmadı. Seriyanın ikinci kitabı təcavüzə məruz qalan Kübranın hekayəsi əks olunmalı olan “Çineli Kübra” adlı əsər olacaqdı. Üçüncü kitabda isə Yusif dağlardan şəhərə enəcək və bürokratiya ilə üzləşəcəkdi.
Kuyucaklı Yusif” əsəri, bir eşq hekayəsindən bəhs etsə də, yoxsulların cəmiyyətdə ayrıseçikiliyə məruz qalmasını, varlıların bürokratiyadan istifadə edərək formalaşdırdıqları ədalətsizlikləri özündə əks etdirir.

Sabahattin Ali - "Kuyucaklı Yusuf" əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər. 

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1757-sabahattin-ali-kuyucakli-yusuf.html