KitabYurdu » Kitab » Dərslik » Neft Layının Fizikası


Şeçilmişlər Neft Layının Fizikası

Neft Layının Fizikası PDF
ADI:
Neft Layının Fizikası
REYTİNQ:
  • +18
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
1983
ÖLÇÜSÜ:
5.58 Mb
Dərslikdə süxurların, neft, qaz və suyun lay şəraitində fiziki xassələrinin, faza keçid və səthi molekulyar hadisələrin, neft və qazın məsaməli mühitdən sıxışdırılması prosesinin, həmçinin layın neft və qazvermə qabiliyyətinin artırılması məsələsinin müasir elmi əsasları verilmişdir.   Burada oxşarlıq nəzəriyyəsinin və riyazi statistikanın tətbiqi ilə lay fizikasının bir çox məsələlərinin həlli yolları da göstərilmişdir.   Dərslik neft ixtisaslı tələblər üçün nəzərdə tutulmuşdur. 
 Ölkəmizin ağır sənaye sahəsində neft və qazçıxarma sənayesi xüsusi yer tutur. Bu əsas etibarıilə neft və qazın ölkəmizin yanacaqenergetika kompleksinin inkişafında və neft-kimya istehsalının xammala təlabatının ödənilməsindəki rolu ilə müəyyən edilir. Yanacaq-energetika balansında neftin və qazın yanacaq kimi istifadə olunan hissəsi 60,4%-dən (1970-ci ildə) 70,7%-ə (1980-cı ildə) çatmışdır.   Sov. İKP XXVI qurultayının qəbul etdiyi ―1981-1985-ci illərdə və 1990-cı ilədək SSRİ-nin iqtisadi və sosial inkişafının əsas istiqamətləri‖ qətnaməsində ölkəmizdə 1985-ci ildə neft çıxarılmasının 620-645 mln. M-a, qazın isə 600-640 mlrd. m3-ə çatdırılması nəzərdə tutulmuşdur.   Bu məsul vəzifəninyerinə yetirilməsində yeni yataqların sənaye mioqyasında yüksək sürətlə istismarına başlanması ilə bərabər, istismarda olan yataqların neft və qazvermə qabiliyyətinin artırılması da əsas məsələlərdən biridir.   Neft, qaz və qaz-kondensat yataqlarının səmərəli istismar rejimlərinin təyin edilməsində, layda baş verən proseslərin neft və qazın laydan tam çıxarılmasını təmin edən istiqamətdə idarə olunması məsələsinin həllində ―Neft layının fizikası‖ fəninin rolu böyükdür.   ―Neft layının fizikası‖ neft mühəndisi ixtisası alan ali məktəb tələbələri üçün əsas fəndlərdən biridir. Bu fənn neft və qaz layının, onları təşkil edən süxur, neft, qaz və suyun fiziki-mexaniki xassələrini, onların qarşılıqlı təsirini öyrənən, layın neft, qazvermə qabiliyyətinin fiziki əsaslarını müəyyən edən müstəqil elm sahəsidir. Məhz buna görə də neft layının fizikası elmini neft və qaz layının fiziki-kimyəvi mexanikası adlandırmaq daha düzgün olardı.   Dərslik ali texniki məktəblərin neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə təsdiq edilmiş proqram əsasında yazılmışdır. 
 Neft layının fizikasının problemləri həm nəzəri, həm də praktik baxımdan çox mürəkkəbdir. Bu problemləri öyrənmək üçün tələbələr fizika, riyaziyyat, kimya, nəzəri mexanika, materiallar müqaviməti, termodinamika ümümi və yeraltı hidravlika və s. fənləri kifayət qədər yaxşı bilməlidirlər.   Müəlliflər dərsliyi yazarkən neft layının fiziki-kimyəvi mexanikasının əsaslarını, neft və qazçıxarma proseslərin tənzimetmə prinsiplərini və onlara nəzarətetmə bacarığını tələbələrə aşılamağı əsas götürmüşlər. Öyrəniləcək hadisələri seçərkən nəzərdə tutmuşlar ki, ―təbiət özünün ən kiçik təzahüründə də qəribədir‖. Ona görə də neft layında baş verən ən kiçik təzahürləri ayrı-ayrılıqda deyil, bu və ya digər  lay hadisəsini həm izah etmək, həm də diaqnostlaşdırmaq məqsədi ilə öyrınmıyı vacib saymışlar. Bununla əlaqədar olaraq öyrənilən məsələlərin timsalında tələbələrə lay hadisəsini xarakterizə edən bu və ya digər parametrləti qiymətləndirmə bacarığı aşılamağa da çalışmışlar. Ona görə də dərslikdə Uiler qaydasına əməl edilmişdir. Yəni ―heç vaxt nəticəni bilmədən hesablamaya başlama! Gözəyarı hesablamaya üstünlük ver; ətraflı çıxarılış etməzdən əvvəl sadə fiziki qanunauyğunluqlara (simmetriya, invariantlıq və saxlama qanunlarına) əl at; hər bir müəmmaya mümkün olan cavab hazırla. Ürəkli ol, axı sınin nə təklif edəcəyinin heç kimə dəxli yoxdur. Ona görə də bu təklifi tez və intusiya ilə yerinə yetir. Müvəffəqiyyətli təklif bu intuisiyanı daha da möhkəmləndirirsə, səhv təklif ancaq faydalı sarsıntı yaradar‖.   Bu məqsədlə dərslikdə ölçülər nəzəriyyəsinə, sadə modelləin tətbiqinə geniş yer verilmişdir.