KitabYurdu » Kitab » Dərslik » Sığorta işinin təşkili


Şeçilmişlər Sığorta işinin təşkili

Sığorta işinin təşkili PDF
ADI:
Sığorta işinin təşkili
REYTİNQ:
  • +15
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
1.42 Mb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ____ 2013-cü ildə təsdiq edilmiş “Sığorta işinin təşkili” proqramı əsasında yazılmış bu dərs vəsaitində sığorta sisteminin formalaşması, sığorta bazarının yaranması və inkişafı, sığorta müqavilələrinin bağlanması prosesində yaranan münasibətlər, təkrarsığortanın əsasları, ayrı-ayrı sığorta növlərinin xarakterik cəhətləri, sığorta təşkilatlarının iqtisadiyyatı və maliyyə əsasları ətraflı nəzərdən keçirilmişdir. Dərs vəsaitindən magistrantlar, bakalavrlar, həmçinin sığorta şirkətlərinin işçiləri, digər müəssisə və təşkilatların əməkdaşları istifadə edə bilərlər.
Müasir dünya iqtisadiyyatı nəzərə çarpacaq dərəcədə müxtəlif risklərlə əlaqədardır. Bu risklərin nəticəsində isə böyük iqtisadi itkilərin baş verməsi qaçılmazdır. Belə itkilərin əvəzinin müəyyən qədər də olsa doldurulması problemi insanları hər zaman düşündürmüşdür. Dünya təcrübəsi göstərir ki, xüsusi fondlar hesabına yaradılan sığorta sistemi əmtəə istehsalçılarının, vətəndaşların sosial təminatının, dövlət iqtisadi mənafelərinin müdafiəsini təmin etməklə bərabər, həm də təkrar istehsal prosesini fasiləsiz surətdə tənzimləyir. Sığorta iqtisadi anlayış olmaqla cəmiyyətin inkişafında mühüm rol oynayır və istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bütün sahələrdə olduğu kimi sığorta sistemi də yeni münasibətlərə uyğunlaşdırılaraq liberallaşdırılmış, sığorta şirkətləri ilə sığorta olunanlar arasında mənafelər nisbəti bazar qanunlarına müvafiq olaraq dünya standartları səviyyəsində qurulmağa başlanılmışdır. Qeyd etmək lazımdır ki, bütün dövrlərdə sığorta sistemi vasitəsilə cəlb edilən maliyyə resurslarına böyük ehtiyac vardır. Belə ki, bu vəsaitlərdən kredit resursları kimi, iqtisadiyyata investisiya qoyuluşları kimi istifadə edilməsinin çox böyük əhəmiyyəti vardır. Bazar iqtisadiyyatı şəraitində sığortanın daha bir əhəmiyyəti dəymiş zərərlərin aradan qaldırılmasıyla bağlıdırsa, digər bir əhəmiyyəti də sığorta sistemi vasitəsilə cəlb edilmiş vəsaitlərdən iqtisadiyyatın möhkəmləndirilməsi üçün onlardan kredit resursları və investisiyalar kimi istifadə olunmasıyla bağlıdır. Azərbaycanda transformasiya proseslərinin vüsət aldığı və genişləndiyi bir dövrdə sığorta münasibətləri də təkmilləşdirilir, yeni forma və məzmun kəsb edir, əvvəlki dövrlərdən fərqli olaraq inkişaf edir. Bu zaman sözsüz ki, qarşıya müxtəlif məsələlərin həlli problemi çıxır. Belə məsələlərdən sığorta fondunun yaradılmasının, sığorta əməliyyatlarının maliyyə möhkəmliyinin təmin edilməsi, sığorta tariflərinin qurulması metodikasının təkmilləşdirilməsi, yeni mütərəqqi sığorta növlərinin tətbiqi, vergiyə cəlbetmə, investisiya, təkrarsığorta və s. bu kimi problemləri göstərmək olar. İctimai inkişafın obyektiv məntiqi ölkəmizdə sığorta işində inhisarçılığın aradan qaldırılması, sığorta bazarının formalaşması, bütün bunların isə hər şeydən əvvəl iqtisadi qanunların, o cümlədən dəyər qanununun, tələb və təklif qanunun tələbləri səviyyəsində nizamlaşdırılması zərurətini ortaya qoymuşdur. Özü-özlüyündə qaçılmaz olan bu proses sığortanın iqtisadi münasibətlər və alətlər içərisində özünəməxsus layiqli yer tutmasına, onun sivil inkişafına şərait yaratmalıdır. Bu baxımdan bəzi monoqrafik və tədris ədəbiyyatlarında sığortanın maliyyə iqtisadi kateqoriyasına aid edilməsi kimi baxışlarla artıq hesablaşmamaq da olar. Sığortaya maliyyənin funksiyaları və rolu prizmasından baxılması, praktiki planda onun fəaliyyət dairəsinin düzgün qiymətləndirilməməsinə gətirib çıxarırdı. Sığorta öz məzmunu və genezesi baxımından həm maliyyədən, həm də kreditdən prinsipial keyfiyyət fərqlərinə malikdir. Eyni zamanda bütün yenidənbölgü alətləri kimi onlar arasında oxşar cəhətlər də kifayət qədərdir. Lakin məhz sığortaya xas olan xarakterik cəhətlər (risklə bağlılıq, qapalı bölgü mü- 5 nasibətləri, bölgünün zaman və məkan xarakteri, qaytarılmaq xüsusiyyəti, natural bölgünün mövcudluğu və s.) onu müstəqil iqtisadi kateqoriya kimi dəyərləndirməyə imkan verir. Bu baxımdan sırf sığorta yönümlü tədqiqatların, əsərlərin və kitabların olmasına artıq ehtiyac yaranmaqdadır. Təqdim etdiyimiz kitabın nəşri də bu məramdan irəli gəlmişdir. Digər bir tərəfdən ölkəmizdə sığorta elminin formalaşmasında, onun tədris olunmasında və geniş oxucu kütləsinə çatdırılmasında bir nizama, terminoloji uyarlığa, nəzəri-fundamental məktəbə ehtiyac duyulmaqdadır. Azərbaycanın öz sığorta məktəbi yaranmaqdadır. Geniş mənada bu məktəb həm vahid elmi-nəzəri, həm də vahid praktiki bazaya malik olacaqdır. Yaxın gələcəkdə sığorta problemləri üzrə ümumrespublika elmi-nəzəri konfransın keçirilməsinə və göstərilən problemlərin aradan qaldırılmasına bir zərurət də vardır. Ümumiyyətlə, həyat göstərir ki, sığorta işində yeni, müasir baxışlarla zənginləşmiş kadrlara ehtiyac vardır. Belə kadrların hazırlanması isə vahid metodoloji yanaşmalar, xarici təcrübənin peşəkarcasına mənimsənilməsi, sığortanın nəzəri və praktiki əsaslarına yiyələnmək yolu ilə əldə edilə bilər.