KitabYurdu » Kitab » Dərslik » Marketinqin idarə edilməsi


Şeçilmişlər Marketinqin idarə edilməsi

Marketinqin idarə edilməsi PDF
ADI:
Marketinqin idarə edilməsi
REYTİNQ:
  • +9
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
2.14 Mb
Dərs vəsaiti marketinq strategiyalarına və marketinq fəaliyyətinin səmərəli idarə edilməsi problemlərinə həsr edilmişdir. Müəssisənin idarə edilməsi sistemində marketinqin mövqeyi əsaslandu-ılmış, marketinqin idarə edilməsinin araşdırma üsulları göstərilmişdir. Dərs vəsaiti idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin müəllimlər, menecerlər və marketoloqlar üçün nəzərdə tutulmuşdur.
Hal hazırda dünyanın aparıcı marketoloji məktəbləri iqtisadi fəaliyyətin sahələri və hadisələri arasında səbəb- nəticə əlaqələrinin müəyyən edilməsinə əsaslanan elmi nəşrlər hazırlayırlar. Əsas diqqət mütəxəssislərdə məntiqi- analitik işlərin təşkili vərdişlərinin formalaşmasına yönəldilir. Müasir mütəxəssis özünün düşüncə aparatını işə daha çox cəlb etməli, bacarıq və qabidliyyətini vərdiş halına gətirməlidir. Marketinqin idarə edilməsi sahəsində çalışan mütəxəssislər iqtisadi mühitə təsir göstərəcək idarəetmə vərdişlərinə və bazar subyektlərinin davranışlarına mükəmməl bələd olmalıdır. Bu isə yalnız iqtisadiyyat və digər elmlər üzrə biliklərdən kompleks istifadə və təcrübə ilə mümkündür. Marketinqin idarə edilməsi məsələləri bir neçə elmin qovuşuğunda fənlərarası təqdimat kontekstində araşdırılır. Həmin elmlərə iqtisadi nəzəriyyə, fəlsəfə, psixologiya, məntiq, marketinq, menecment, ticarət işi və s. aiddir. Dərs vəsaitində müəssisənin marketinqə yönəlmiş idarəetmə sisteminin formalaşması məsələlərinə baxılmışdır. Müasir iqtisadiyyatda marketinq üzrə menecerlərin işi getdikcə mürəkkəbləşir. Bu, təkcə biznesin xarici mühitinin mürəkkəbləşməsi ilə deyil, eyni zamanda marketinqin inkişafı ilə, müəssisədə marketinq funksiyalarının icrasından strateji marketinqə keçid ilə əlaqədardır. Dərs vəsaitində marketinq üzrə menecerin qarşısında duran əsas məsələlər göstərilmişdir. Menecerin fəaliyyətini əlaqələndirən struktur kimi marketinq prosesindən istifadə edilmişdir ki, bu da marketinqin bütün funksiyalarını özündə cəmləşdirir. Bu proses isə marketinq üzrə menecerin idarəetmə obyekti rolunda çıxış edir. Müvafiq ədəbiyyatlarda marketinqin funksiyaları tədqiq edilsə də strateji menecment sistemində onun yeri və rolu ətraflı açıqlanmır. Yapon və amerika tədqiqatçıları təsdiq edirlər ki, marketinq strateji menecmentin əsası, özülü qismində çıxış etməyə başlayır. Bu, informasiya xarakterli əsas olsa da müəssisədə marketinq xidmətinin mövcudluğu hələ səmərəli strategiyanın mövcud olacağını bildirmir. Marketinq ilə strategiyanın bir-birilə necə əlaqədar olduğu, qarşılıqlı nüfuz etmələri, idarəetmə ilə fərqləri bu vəsaitdə öz əksini tapmışdır. Təcrübə göstərir ki, marketinq ehkam deyildir və bir nöqtədə dayanmır, o, dinamik inkişafda olan elmdir.