» » » Dövlət Maliyyəsi


Şeçilmişlər Dövlət Maliyyəsi

Dövlət Maliyyəsi PDF
ADI:
Dövlət Maliyyəsi
REYTİNQ:
  • +6
DİL:
FORMAT:
ÇAP İLİ:
2013
ÖLÇÜSÜ:
2.64 Mb
Dövlətin ictimai, iqtisadi, tarixi və mədəni həyatdakı fəaliyyətləri dövlət maliyyəsi sisteminin əhəmiyyətini və əhatə dairəsini artırmaqdadır. Klassik iqtisad məktəbinin nümayəndələrinin “Buraxın etsinlər, buraxın keçsinlər” deyimi, liberal iqtisadiyyat və inzibati dövlət anlayışı ilə dövlət fəaliyyətlərini ən alt səviyyədə nəzərdə tutmuşdur. Kapitalizmin meydana çıxması ilə birlikdə müdaxiləçi dövlət anlayışının ortaya çıxması, dövlət fəaliyyətlərinin əhatə dairəsini genişləndirmişdir. Günümüzdəki iqtisadi strukturlara baxdığımızda dövlətin vəzifələrinin, diplomatik xidmətlərindən istehlak malları istehsalına qədər uzanan geniş bir sahəni əhatə etdiyi müşahidə edilməkdədir. Qısaca dövlət iqtisadi, ictimai və mədəni həyata çox təsir mexanizmi olduğu üçün bu sahələridə bilavasitə və ya dolayılı olaraq müdaxilə etməkdədir. Xüsusiylə Amerikada başlayaraq bütün dünyanı cənginə alan qlobal maliyyə böhranı iqtisadiyyata dövlətin müdaxiləsinin zəruriliyini bir daha ortaya çıxardı. İqtisadiyyatda dövlətin funksiyalarının artması və inkişaf etməsi dövlət maliyyəsinin əhatə dairəsinin genişlənməsini ortaya çıxarmaqdadır.İqtisadiyyatda dövlətin funksiyalarının artması dövlət maliyyəsinin əhatə dairəsinin genişlənməsi nəticələrini ortaya çıxarmaqdadır. Dövlət sektoru, istehsal fəaliyyətləri ilə məşğul olarkən ümumiyyətlə bölünə bilməyən və ya qismən bölünə bilən mal və xidmət istehsal etməkdədir. Bu istehsalla əlaqədar qərarlar özəl sektorda olduğu kimi yalnız qazanc əldə etmək məqsədi ilə deyil, ictimai və siyasi dövlət siyasətləri istiqamətində alınmaqdadır. Dövlət sektorunun ortaya çıxardığı dövlət əmtəəsi və xidmətinin səviyyə və həcmi ümumiyyətlə bu seçimlərin bir nəticəsi olmaqdadır. Ümumi iqtisadiyyat içərisində dövlət maliyyəsinin inkişafı, xüsusilə artan əsas iqtisadi, ictimai problemlər səbəbi ilə, dövlətin tədricən iqtisadiyyata daha çox müdaxilə etmə nəticəsini zəruri etməkdədir. Ona görə də bu sahənin mütəxəssisləri maliyyənin mahiyyəti və funksiyalarını yaxşı bilməli, dövlət və müəssisələrdə (təşkilatlarda) maliyyə resurslarının formalaşması, bölüşdürülməsi və istifadəsinin xüsusiyyətlərindən məlumatlı olmalıdırlar. Çünki pul vəsaitləri fondlarının yaradılması və istifadəsi prosesində əmələ gələn iqtisadimaliyyə münasibətləri sisteminin tədqiqi mürəkkəb prosesdir. Ona görə də dövlətin maliyyə təsərrüfat fəaliyyətinin əsas istiqaməti dövlətin gəlir və xərclərinin idarə edilməsi üçün dövlət maliyyəsinin prinsip və metodlarının öyrənilməsi vacib və zəruridir. Bu kitabda dövlət maliyyəsinin əsasları, dövlət büdcəsi, vergi sistemi, dövlətin maliyyə siyasəti, dövlət borclarının menecmenti mövzuları əhatə edilmişdir.