» » » Maliyyə menecmenti: əsas anlayışlar, məsələlər, işgüzar situasiyalar və testlər


Şeçilmişlər Maliyyə menecmenti: əsas anlayışlar, məsələlər, işgüzar situasiyalar və testlər

Maliyyə menecmenti: əsas anlayışlar, məsələlər, işgüzar situasiyalar və testlər PDF
ADI:
Maliyyə menecmenti: əsas anlayışlar, məsələlər, işgüzar situasiyalar və testlər
REYTİNQ:
  • +3
DİL:
FORMAT:
ÇAP İLİ:
2012
ÖLÇÜSÜ:
1.41 Mb
Dərs vəsaitində maliyyə menecmentinin məqsəd və vəzifələri, iqtisadi proseslərdə onun yeri və rolu verilmişdir. Burada müəssisə səviyyəsində maliyyənin idarə edilməsinin əsas məsələləri, xüsusilə müəssisənin əmlakı və kapitalından istifadənin səmərəliyi, dövriyyə aktivləri və kreditor borclannın idarə edilməsi, müəssisənin investisiya fəaliyyətinin idarə edilməsi, maliyyə risklərinin hesablanması və onların idarə edilməsi metodları şərh edilir. Öyrənilən mövzuların hər birinə aid praktiki məsələlər həll edilir və testlər verilir. Dərs vəsaiti ali məktəblərin iqtisadiyyat fakültəsində magistr və bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin ali məktəb müəllimləri və sahibkarlar da bəhrələnə bilərlər.
Maliyyə - məhsulun istehsalı (iş və xidmətin yerinə yetirilməsi) və satışı prosesində əmələ gələn və pul vəsaitlərinin formalaşdırılması və istifadəsini, geniş təkrar istehsal prosesində vəsaitlərin dövr etməsini, habelə digər müəssisə və təşkilatlarla, o cümlədən büdcə, bank, sığorta və başqa təşkilatlarla qarşılıqlı əlaqənin təşkil olunmasını şərtləndirən münasibətlərinin məcmusudur. Maliyyə menecmenti isə göstərilən həmin proseslərin idarə edilməsi haqqında elmdir. Müəssisə maliyyəsinin idarə edilməsi müəssisənin qarşısına qoyduğu konkret məqsədə nail olmaq üçün zəruri olan maliyyə metodlarının işlənib hazırlanmasını nəzərdə tutur, hansı ki, bunlar onun maliyyə vəziyyətinin dayanıqlı və möhkəm olması üçün təminat yaradır. Maliyyə menecmenti eyni zamanda daha düzgün maliyyə qerarlannm qəbulu üçün konkret maliyyə meyarlannm işlənib hazırlanması və seçilməsini, habelə müəssisənin fəaliyyətinin mövcud vəziyyəti uçota alınmaqla həmin meyarlann praktiki olaraq istifadə olunmasını özünə daxil edir. Müəssisə maliyyəsinin idarə edilməsi üçün ilkin baza kimi onun faktiki maliyyə vəziyyəti çıxış edir. Bu, müəssisənin maliyyə resursları və əmlakının idarə edilməsinin nə dərəcədə səmərəli olduğu, maliyyələşdirmə mənbələrinin xüsusi və cəlb olunmuş vəsaitlərin payına düşməsinin hansı səviyyədə təşkil olunduğu, satışın rentabelliyinin, aktivlərin dövretməsi və istehsal potensialından necə istifadə olunduğu kimi suallara cavab verməyə imkan yaradır. Maliyyə menecmenti maliyyənin idarə edilməsi mexanizmi anlayışı ilə və yaxud təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi ilə sıx qarşılıqlı əlaqədardır. Onu bütün səviyyələrdə istehsal prosesinin idarə edilməsinin iqtisadi forma və metodlannm kompleksi kimi müəyyən etmək olar. Maliyyə menecmenti hər bir təsərrüfat fəaliyyətində yaranmış maliyyə vəziyyətinin qiymətləndirilməsinə çoxvariantlı yanaşmanı nəzərdə tutur. Ekstremal şəraitdə maliyyə məsələlərinin idarə edilməsi modelinin işlənib hazırlanması, maliyyə risklərinin dərəcələrinin hesablanmasının, alınan nəticələrin düzgünlüyünün qiymətləndirilməsi və konkret' idarəetmə qərarlarının qəbul edilməsində maliyyə menecmentinin xüsusi əhəmiyyəti vardır. «Maliyyə menecmenti» tədris fənni iqtisadi fənlər sistemində mühüm yer tutur. Bu fənnin tədris olunmasında əsas məqsəd aşağıdakılardan ibarətdir; - maliyyə və onun idarə edilməsi haqqında tələbələrdə zəruri lazımi biliklər sistemini formalaşdırmaq; - maliyyə və maliyyə menecmentini xarakterizə edən anlayışları tələbələrə aşılamaq; - maliyyə münasibətlərinin bütün elementlərinin qarşılıqlı əlaqəsini, bu münasibətlərin iqtisadi-riyazi modellərinin qurulması və onun mahiyyətini açıqlamaq; - maliyyə məsələləri haqqında qərar qəbul etmək, onların konkretləşdirilməsi və həyata keçirilməsi mexanizmini tələbələrə öyrətmək; - investisiya layihələrinin qiymətləndirilməsi və investisiya portfelinin yaradılması mexanizmini açıqlamaq; - təsərrüfat subyektlərinin maliyyəsinin idarə edilməsi mexanizmi və onun təşkilinin düzgün iqtisadi qiymətləndirilməsini tələbələrə öyrətmək; ~ maliyyə əməliyyatlarının apanlmasının idarə edilməsinin iqtisadi səmərəliliyinin hesablanması qaydalan haqqında bilikləri tələbələrə açıqlamaq. Bir faktı qeyd etmək lazımdır ki, bu gün də bəzi iqtisadçı alimlər maliyyə menecmentinin bir elm kimi çıxış etməsinə mübahisəli yanaşırlar. Onlann fikrincə maliyyə menecmenti xüsusi predmet və metoda malik deyildir. Lakin qeyd etmək lazımdır ki, bu heç də belə deyildir. Onu mikroiqtisadiyyat səviyyəsində pul axınlarının idarə edilməsini, yəni təsərrüfat subyektlərinin mali>yə resurslarının hərəkətinin idarə edilməsini bu elmin predmeti hesab etmək olar. Ölkəmizdə bazar münasibətlərinin tam formalaşdığı bütün sahələrində yüksək peşəkarlığa, dərin və hərtərəfli biliklərə rnalik ixtisaslı kadrların hazırlanması vacibdir. Xüsusilə də maliyyə kimi incə və mürəkkəb bir sahədə fəaliyyət göstərən maliyyəçilərin üzərinə daha böyük məsuliyyət düşür. Maliyyə sahəsində yaradıcı, təşəbbüskar kadrlann hazırlanmasmdə şübhəsiz ki, maliyyənin və onun idarə edilməsinin daha dərin və hərtərəfli öyrənilməsinin mühüm rolu vardır. Dərs vəsaitində verilmiş materiallann tam mənimsənilməsinin yaxşılaşdırılması məqsədi ilə hər bir mövzunun axırında praktiki məsələlər və onlann həlli yolları, habelə test tapşınqlan verilmişdir. Onlann məntiqi olaraq ardıcıl öyrənilməsi biliklərə uğurla yiyələnməyə təminat verir. Təqdim edilən dərs vəsaiti əsasən iqtisadi təmayüllü ixtisaslar üzrə təhsil alan tələbələr, magistrantlar, həmçinin maliyyə-kredit məsələlərini müstəqil öyrənən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Müəlliflər hesab edirlər ki, oxuculara təqdim edilən kitab çatışmamazlıqlardan azad deyildir. Dərs vəsaiti haqqında hər hansı bir konstruktiv tənqid, qeyd və rəyləri minnətdarlıqla qəbul ediləcəkdir.