KitabYurdu » Kitab » Dərslik » Tribotexniki avadanlıq və vasitələr


Şeçilmişlər Tribotexniki avadanlıq və vasitələr

Tribotexniki avadanlıq və vasitələr PDF
ADI:
Tribotexniki avadanlıq və vasitələr
REYTİNQ:
  • +7
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
5.72 Mb
Dərs vəsaiti 050630 – “Mexanika mühəndisliyi” ixtisası (proqramı) üzrə bakalavr hazırlığı üçün nəzərdə tutulmuş, “Tribotexniki avadanlıq və vasitələr” fənninin tədris proqramına müvafiq olaraq yazılmışdır. Burada tribotexniki səthlər almaq üçün tribotexniki avadanlıq və vasitələr haqqında məlumatlar verilmiş, aparılmış eksperimentlərin nəticələri qiymətləndirilmiş və üsulların tətbiqinin aktuallığı əsaslandırılmışdır. Kitab maşınqayırma və materiallar texnologiyası istiqamətində təhsil alan və işləyən oxucular üçün tövsiyyə oluna bilər. Dərs vəsaiti Bakı Mühəndislik Universitinein “Mexanika Mühəndisliyi” kafedrasında hazırlanmışdır.
Qədim tarixə malik olan Azərbaycan, uzun illərdir çoxmillətli vətəndaşları ilə avropaya nümunə olacaq sülh şəraitində yaşamış, demokratiyanın min illik tarixini qoruyub saxlayaraq, zəngin enerji resurslarına malik ölkə imperialst ölkələrinin müdaxiləsi əsasında münaqişələrin hökm sürdüyü bir mühitdə, Hörmətli Prezidentimiz İlham Heydər oğlu Əliyev və onun ətrafında olan ziyalılarımız tərəfindən müstəqilliyimiz, dayanıqlığımız və inkişafımız qorunub saxlanılır və bunun təməli olan elm-təhsil sahələri inkişaf etdirilir. Müasir dünyada sülhsevər, zəhmətkeş, vətənpərvər insanlarımızın yalnız xoşbəxt olacağı Azərbaycanın inkişafında görəcəyi işlər müstəqilliyimizin təməlini daha da möhkəmləndirməkdədir. Ölkənin texniki potensiyalı, hər zaman sonda müharibələrə gətirib çıxaran münaqişələrdə həlledici rol oynamış və ölkəmizə qarşı olan məkrli siyasi prosesləri tam dəyişmə gücünə malikdir. Cəmiyyətin gələcək inkişafında sivilizasiya etmiş ölkələr sırasında ulu demokratik keçmişə malik Azərbaycanın yerini görür və belə bir sivilizasiyada ziyalılarımızın məsuliyyətini dərk edirik. Dünyanın beş qlobal problemlərindən biri olub, demoqrafik problemdən sonra gələn enerji resurslarından səmərəli istifadə olunması, tribotexnika elminin də məşqul olduğu problemdir. Nəzəri biliklərə əsaslanan tribologiya elminin tətbiq olunduğu tribotexnikanın ən geniş bir sahəsi olan tribotexnologiya, tribologiyanın və tribotexnikanın tədqiqat obyektlərinin reallaşdırılması istiqamətində qabaqcıl mərhələdir. Belə ki, burada çoxsaylı variantlar içərisindən əsaslandırılmış, praktiki səmərə verəcək texnologiyalar və bu texnologiyaları həyata keçirəcək, tribotexniki avadanlıq və vasitələr işlənib hazırlanmalıdır. Tərtib olunmuş dərs vəsaiti, oxuculara tribotexniki problemlərin həllində tətbiq oluna biləcək tribotexniki materiallar, mütərəqqi texnologiyalr, bu texnologiyaları reallaşdıracaq avardanlıqlar və vasitələr haqqında ətraflı məlumat verəcəkdir. “Tribotexniki avadanlıq və vasitələr” geniş sahədir. Bu baxımdan sürtünmə və yeyilmənin tədqiqi üçün maşınlar elmi-tədqiqat işləri ilə bağlı olduğundan, bakalavr peşə istiqamətində dərindən öyrənilməsi tövsiyyə edilməmiş, dərs vəsaitində ölkəmiz üçün daha da səmərə verə biləcək səthin davamlılığının yüksəldilməsi texnika və texnologiyalarına geniş yer ayrılmışdır. Bundan əlavə elmi-tədqiqat maşınları haqqında “Tribologiyanın əsasları” və “Tribotexnika və tribotexniki sınaqlar” fənnlərində verilən məlumatlar bakalavr peşə təhsili üçün kifayət edir. Dərs vəsaiti 2005-2012 ci illərdə Almanıyanın Berlin Texniki Universitetində və “BAM”- da („Bundesanstalt für Materialforschung und –prüfung“, yəni „Materialların tədqiqi və sınağı üçün federal institut“) işlədiyim və təhisl aldığm dövrdə toplanan materiallar əsasında tərtib olunmuşdur.