KitabYurdu » Kitab » Dedektiv » Qarmaqarışıq İ.Nəimi


Şeçilmişlər Qarmaqarışıq İ.Nəimi

Qarmaqarışıq İ.Nəimi PDF
ADI:
Qarmaqarışıq
REYTİNQ:
  • +14
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2023
ÖLÇÜSÜ:
1.7 mb

Şübhə nə qədər təhlükəlidirsə, güvən də bir o qədər təhlükəlidir.


Düşünün. Ətrafınızda olan dostlarınızı düşünün. Neçəsi sizin üçün canından keçər? Gec olmadan düşünün. Çünki mən gecikdim. Artıq geri dönüş yolum yoxdur. Ən yaxın dostum ən böyük düşmənimə çevrildi. Mən bunun fərqinə varanda, əlimdə heç nəyim qalmamışdı...

Bilmədim, o qədər heç nəyə önəm vermədən, həzz üçün yaşadım ki, dostumun nələr yaşadığını, çətində olduğunu bilə bilmədim. Bildim... Bildim, önəm vermədim... Elə buna görə də yaşadıqlarımda günahkar bəlkə də özüməm...


***


Canımı belə verəcəyim dostlarım sözlərimi ciddiyə belə almadı. Uçurumun kənarındaykən məni itələyən əllər onlarınkı oldu. Bəlkə də sevinməliyəm, çünki bu içimdəki gerçək, qaranlıqda gizlənmiş yanımı tapmağıma səbəb oldu.


***

Niyə Murad, niyə? Niyə mənə olan sevgini etiraf etmək üçün ölümü şahid seçtin? Bilmirdin mi sevginin ölüm qarşısında kölgədən fərqsiz olduğunu? Atam mənim, sənsə ruhumla qəlbimin cəlladı oldun...


***

Elə bir peşə seçdim ki, ölümlə yoldaş oldum. Elə bir qıza sevdalandım ki, ölümlə sirdaş oldum. Elə birini tanıdım ki, onunla qardaş oldum. Ama bilmədim, sonda ölüm onunla məni səhv salacaq.


***


Ayağımı vətənim aldı, namusumu qadınım, oğlumu isə vəfasız qədər. İndiysə qızımı almaq isdəyirlər...

Kimisi yaşamaq, kimisi ölmək istər, ama mən heç birini istəmədim. Çünki qızını o halda görən hər bir ata nə ölərək onu tək qoymaq, nə də yaşayaraq hər gün ölmək istər.