KitabYurdu » Kitab » Dedektiv » Alçin - 9 Alzheimer


Şeçilmişlər Alçin - 9 Alzheimer

Alçin - 9 Alzheimer PDF
ADI:
9 Alzheimer
REYTİNQ:
  • +90
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
09.11.2018
ÖLÇÜSÜ:
1.3 Mb
Azərbaycanın ən böyük bankı 9 Alzheimer xəstəsinə sponsor olaraq, onları müalicə etdirmək üçün büdcə ayırır. Lakin təsadüfi seçilmiş bu 9 xəstə banka gəldikdən sonra qəribə hadisələr baş verir və bir-birini tanımayan bu 9 Alzheimer bankı soymağa başlayır. Bir tərəfdən bu müəammalı soyğuna tamaşa edərkən, bir tərəfdəndə də bir çox maraqlı məlumatlar oxuyacaqsınız.
Salam Nailə
- ...
- Necəsən ? Dünən nə baş verdiyini xatırlayırsan ?
- Dünən ? Hıııı.... dünən evdəydim. İşə gedə bilmədim
- Evdə ? axı bankdaydın, bankda nə baş verdi xatırlamağa çalış
- İşə getməliyəm. Müştərilərim gözləyir, neçə vaxtdır məşğul ola bilmədim
- Nailə mənə bax, mənə bax. Bu oğlanı tanıyırsan ? (Bir oğlan şəkli göstərir)
- Müştərim qapıda qalıb yəqin indi. Ona söz vermişdim ki kömək edəcəm. Anası ilə arvadı çox dalaşır. Bu davalardan bezib artıq. Məndən kömək istəyir ki, psixologiyam pozulub. Mən də dedim ki, bu normaldı hər ailədə dava olur. Xüsusən də gəlin-qayınana. Amma o, istəyir ki dalaşmasınlar. Mən də dedim haha. Bu necə mümkün axı. Bir evdə gəlin də var. Qayınana da. Dalaşmasalar kim dalaşacaq. Sonr....
- Nailə !!!! Sən Rəşad adlı adam tanıyırsan ? yadına sal sadəcə ! - Dedim arvadına denən biraz altdan alsın. Nəticədə o birsi də anandı. Mənim qaynanam yoxdu. Amma olsa mən dalaşmaram. Çünki ərim başqa psixoloqa getsin istəmərəm haha. Sizin qaynananız var ? Dedektiv əsəbləşərək otaqdan çıxdı. Heç biriylə və heç nə, heç də asan keçməyəcəkdi. Onların hamısıyla təktək görüşmək sadəcə beynini yormaqdan başqa bir şey deyildi. Bunu dedektiv özü də çox gözəl bilirdi, lakin nəsə tapmaq ümidi və vəzifə borcuna görə bunu etməliydi. İlk ifadəsi bitmişdi və indi digər soyğunçu Alzheimer Rza dayıdan ifadəsini almalıydı..
Uraqan
Uraqan
  • 2
maraqlı kitaba oxşayır. Uğurlar
"Hərbidən Qeydlər" kitabının yazarından... Uraqan Emin Abdullayev
  • 1 yanvar 2019 09:25
  • Status: İstidafəçi xətdə deyil
Fariz Qoçəliyev
Bu ki La casa de papel serialından ilham alinib yazilan bir eserdir.Daha idealist olmaq lazim idi.
  • 5 yanvar 2019 22:49
  • Status:
Nərmin__
heart_eyes
Həqiqətən çox çox çox maraqlı idi.Hər kəsə tövsiyə edirəm.Çox mürəkkəb,amma çox da maraqlı bir kitabdır.Mütləq oxuyun.Bir pis tərəfi ondadır ki,kitab qısadır 152 səhifə deyildə 300 səhifə olsaydı daha yaxşı olardı insan oxumaqdan doymur.????
  • 16 yanvar 2019 23:14
  • Status: İstidafəçi xətdə deyil
Qonaq Kitab həvəskarı
Çox yaxşı kitabdır.Oxumağa və vaxtınızı sərf etməyə dəyər.Peşman olmazsınız?
  • 30 mart 2019 16:23
  • Status:
Şəbnəm Məmmədli
Maraqlı əsərdir.Oxuduğum vaxtda xeyli maraqlı məlumat da öyrənmiş odum...Müəllifə uğurlar
  • 19 aprel 2019 23:05
  • Status:
Qonaq oxucu
eser super. helede tesirinden cixa bilmemisem. o ne ya insan beynine bu qeder girmek olar.
  • 21 iyun 2019 19:19
  • Status: